ƏTRAF MÜHİT VƏ TƏHLÜKƏSİZLİK

ALTERNATİV ENERJİDƏN İSTİFADƏ

ALTERNATİV ENERJİDƏN İSTİFADƏ
Prev Next

ALTERNATİV ENERJİDƏN İSTİFADƏ

Bu gün enerji təhlükəsizliyi, qlobal iqlim dəyişmələri və ətraf mühitin çirklənməsi bəşəriyyəti narahat edən əsas problemlərdəndir.

Env Txt Img

Onların həlli üçün müxtəlif vasitələr təklif edilir ki, bunlardan bu gün üçün önəmli olanı bərpa olunan və alternativ enerji mənbələrindən istifadədir. Azərbaycan Respublikası coğrafi mövqeyinə və iqlim şəraitinə görə alternativ enerji mənbələrindən istifadə üçün əlverişli imkanlara malik ölkələrdən biridir.


Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı" haqqında Sərəncamı Azərbaycanın bu məsələlərdə dünya birliyi ilə həmrəy olduğunu sübut edir. ARDNŞ enerji daşıyıcıları istehsalçısı olmasına baxmayaraq öz fəaliyyət sahələrində alternativ və bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində davamlı tədbirlər həyata keçirməkdədir.

ARDNŞ-nin istehsal fəaliyyəti zonalarında, rekultivasiya olunmuş ərazilərdə hal-hazırda genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Ağac və kol bitkilərinə olan tələbatın ödənilməsi və gənc nəslin ekoloji maarifləndirilməsi üçün Xəzər rayonu ərazisində ayrılmış 9,3 ha sahədə "Ekoloji Park" layihəsi həyata keçirilmişdir.

"Ekoloji Park"da təmiz və tullantısız texnologiyaların tətbiqinə böyük önəm verilir. Parkda elektrik enerjisinə olan tələbatın müəyyən bir hissəsinin alternativ və bərpa olunan enerji mənbələri hesabına ödəmək üçün pilot layihə kimi hər birinin gücü 10 kVt/saat olan 4 ədəd külək generatoru və ümumu gücü 20 kVt/saat olan günəş panelləri quraşdırılmışdır. Ekologiya İdarəsinin Sabunçu rayonu ərazisində yerləşən Balaxanı istehsalat sahəsində yeni tikilən inzibati binanın elektrik enerjisinə olan tələbatının ödənilməsi məqsədi ilə gücü 20 kVt/saat olan günəş panellərinin quraşdırılması nəzərdə tutulmuşdur.

ətraflı oxu +