QANUNVERİCİLİK

Banner

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin fəaliyyətində iqtisadi və maliyyə məsələlərinin daha səmərəli həll edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. ''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında'' Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 1, maddə 36; 2004-cü il, N 9, maddə 681) təsdiq edilmiş aşağıda göstərilən sənədlərdə əlavələr edilsin:
1.1. ''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi''ndə (Əlavə 1) aşağıdakı əlavələr edilsin:
1.1.1. Nizamnamənin 5.1-ci bəndində ''Şirkətin birinci vitse-prezidenti-geologiya, geofizika və yataqların işlənməsi üzrə,'' sözlərindən sonra ''vitse-prezidenti-iqtisadi məsələlər üzrə və'' sözləri əlavə edilsin;
1.1.2. Nizamnamənin 5.3 bəndində ''birinci vitse-prezidenti-geologiya, geofizika və yataqların işlənməsi üzrə'' sözlərindən sonra, ''vitse-prezidenti-iqtisadi məsələlər üzrə'' sözləri əlavə edilsin;
1.1.3. Nizamnamənin 5.6-cı bəndində:
1.1.3.1. ''birinci vitse-prezidenti-geologiya, geofozika və yataqların işlənməsi üzrə'' sözlərindən sonra, ''vitse-prezidenti-iqtisadi məsələlər üzrə'' sözləri əlavə edilsin;
1.1.3.2.aşağıdakı redaksiyada ikinci cümlə əlavə edilsin: ''Şirkətin vitse-prezidenti eyni zamanda Şirkətin aparatında onun müvafiq bölməsinin rəhbəri vəzifəsini tuta bilər.''
1.2.''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda (Əlavə II) ''I. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İdarəetmə Strukturu'' bölməsinin:
1.2.1. ''I. Rəhbərlik'' yarımbölməsində beşinci abzas altıncı abzas hesab edilsin və aşağıdakı redaksiyada beşinci abzas əlavə edilsin: ''Vitse-prezident-iqtisadi məsələlər üzrə;'';
1.2.2. ''II. ''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibinə daxil olan müəssisələr'' yarımbölməsində 7-ci bənd aşağıdakı redaksiyada verilsin: ''Heydər Əliyev adına Neft Emalı Zavodu''. 2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Bakı şəhəri, 23 fevral 2005-ci il № 198