ŞİRKƏT

Sosial İnkişaf İdarəsi

Sosial İnkişaf İdarəsi

Sosial İnkişaf İdarəsi

Sosial İnkişaf İdarəsi

Sosial İnkişaf İdarəsi

Sosial İnkişaf İdarəsi

Sosial İnkişaf İdarəsi

Sosial İnkişaf İdarəsi
Prev Next

Sosial İnkişaf İdarəsi

ARDNŞ-in Sosial İnkişaf İdarəsi dövlətimizin müəyyənləşdirdiyi sosial-iqtisadi proqramlar çərçivəsində regionlarda, Bakı şəhəri və ətraf qəsəbələrdə tikinti-quruculuq və abadlıq işlərini, neftçilərin sosial ehtiyaclarının günün tələbləri səviyyəsində daha dolğun ödənilməsini, ARDNŞ-in müəssisə və təşkilatlarının sərəncamında olan maddi-texniki bazanın möhkəmləndirilməsini, mövcud maddi resurslardan daha səmərəli istifadə olunmasını və bu sahədə vahid siyasətin aparılmasını, mədəni-kütləvi tədbirlərin və sərgilərin keçirilməsini, neftçilərin və onların ailə üzvlərinin istirahətinin təşkilini, işçilərin könüllü tibbi sığortasını və onlara tibbi xidmət göstərilməsini, ARDNŞ üzrə gigiyenik və epidemioloji tədbirlərin aparılmasını, ARDNŞ-in inzibati binalarının məişət təsərrüfat xidməti ilə təmin edilməsini, neftçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idman xidmətləri göstərilməsini həyata keçirir.

Env Txt Img

İdarə ölkə Prezidentinin 22 dekabr 2005-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni strukturuna uyğun olaraq 2006-cı ilin fevral ayında yaradılıb. Hazırda onun tərkibində fəaliyyət göstərən sosial qurumlar, o cümlədən yataqxana, idman-sağlamlıq obyektləri, mədəniyyət sarayları, istirahət zonaları və digər sosial təyinatlı obyektlər neftçilərə və onların ailə üzvlərinə xidmət edir. İdarə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "Bakı şəhəri və onun rayon, kənd, qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı"na daxil edilən və ARDNŞ-ə həvalə olunan obyektlərin tikintisini həyata keçirir, istehsalat və qeyri-istehsal təyinatlı, o cümlədən yaşayış, kommunal, təhsil və səhiyyə obyektlərində tikinti-quraşdırma işlərini yerinə yetirir. Sosial İnkişaf İdarəsinin tərkibində «Neftsənayexidmət» Departamenti, Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamenti, Tibbi Xidmətə Nəzarət və Sığortanın Təşkili Departamenti, Gigiyena və Epidemiologiya Mərkəzi, «Neftçi» İdman Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Tikinti, İqtisadiyyat və Uçot, «Neftsənayexidmət», Tibbi Xidmətə Nəzarət və Sığortanın Təşkili, Mədəni Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təssərrüfat departamentləri, Gigiyena və Epidemiologiya Mərkəzi və «Neftçi» İdman Sağlamlıq Mərkəzi fəaliyyət göstərir.
Rəis:İbrahimov Qasım Məlikəjdər oğlu
Ünvan:AZ1000, Bakı şəhəri, Ü. Hacibəyov küçəsi, 16
Telefon:(99412) 521 14 10
Faks:(99412) 598 20 97
Email:office.sii@socar.az


ətraflı oxu +