ŞİRKƏT

SOCAR Metanol Zavodu

SOCAR Metanol Zavodu
Prev Next

SOCAR Metanol Zavodu

Bakı şəhərinin Qaradağ rayonunda yerləşən, Qafqazda yeganə olan Metanol zavodu 2013-cü ildə istismara verilmiş və ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsal obyektidir. Zavodun qurulmasında qabaqcıl texnologiya olan, İngiltərənin ICI firmasının aşağıtəzyiqli metanol istehsalı texnologiyası tətbiq olunmuşdur.

Env Txt Img

İdarəetməsi 2016-cı ilin noyabr ayından etibarən SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC tərəfindən təhvil alınmış zavod, 2018-ci ilin oktyabr ayından SOCAR-ın strukturuna daxil edilmiş və hazırda SOCAR Metanol zavodu kimi fəaliyyətini davam etdirir. İllik istehsal gücü 650-700 min ton olan zavodda 400-ə yaxın əməkdaş daimi işlə təmin olunmuşdur ki, bu işçilərin də orta yaş həddi 36 yaş təşkil edir.

Beynəlxalq normalara cavab verən, uyğunluq sertifikatına malik metanolun keyfiyyəti zavodun tərkibində yerləşən daxili laboratoriya və beynəlxalq səviyyədə tanınmış keyfiyyət təftiş şirkətləri tərəfindən mütəmadi olaraq yoxlamadan keçirilir Müştərilər qarşısında götürülmüş öhdəliklərin vaxtında və keyfiyyətli şəkildə yetirilməsi üçün zavodun ərazisində 48 min metrik tondan çox hazır məhsulun saxlanılması üçün rezervuar parkı mövcuddur.
İstehsal olunan məhsulun 95 faizini ixraca yönəldən Metanol zavodu ölkənin export potensialını təmin edən və gücləndirən bir müəssisədir.
Məhsul ixrac edilən ölkələr arasında Türkiyə, Qərbi Avropa və Aralıq dənizi hövzəsi ölkələri üstünlük təşkil edir.
Zavodun yerləşmə mövqeyi istehsal olunan məhsulun səmərəli şəkildə xarici bazarlara daşınmasında müstəsna rol oynayır.
İxracla yanaşı artmaqda olan daxili bazar tələbatı da təmin edilir.
Qaz-kimya sənayesinidə aralıq məhsulu istehsalı ilə yanaşı, artıq zavodda son istehlak məhsulunun da istehsalına başlanılıb.
Belə ki, müssisə bu ildən yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlayıb.
Laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilən analitik metanol alıcılara müxtəlif həcmli taralarda təqdim edilir.
Zavodda istehsal prosesi zamanı təhlükəsizlik tədbirləri “sıfır xəta” prinsipi ilə həyata keçirilməkdədir ki, bunu da təmin etmək məqsədilə avadanlıqlar mütəmadi olaraq texniki nəzarət altında saxlanılır.
Üçqat təhlükəsizlik sisteminə malik zavod 9 bal maqnitudalı seysmik dayanıqlılıq nəzərə alınmaqla layihələndirilib.

Direktor: Babayev Xaqani Ədalət oğlu.
Ünvan: AZ1080, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, ev 22, 22-ci km.
Telefon:(99412) 404-41-51/57
URL: www.socarmethanol.az
Email: office@socarmethanol.az .
.

ətraflı oxu +