ŞİRKƏT

Təhlükəsizlik İdarəsi

Təhlükəsizlik İdarəsi

Təhlükəsizlik İdarəsi

Təhlükəsizlik İdarəsi

Təhlükəsizlik İdarəsi

Təhlükəsizlik İdarəsi
Prev Next

Təhlükəsizlik İdarəsi

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli,

Env Txt Img

844 saylı Fərmanına dəyişikliklər barədə 22 dekabr 2005-ci ildə imzaladığı 340 saylı Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni strukturuna uyğun olaraq ARDNŞ prezidentinin 23 dekabr 2005-ci il tarixli 132 saylı əmrinə əsasən "Azneft" İB-nin "Hərbiləşdirilmiş Mühafizə Dəstəsi"nin bazasında Təhlükəsizlik İdarəsi yaradılmışdır.


ARDNŞ-nin Təhlükəsizlik İdarəsi şirkətin strukturuna daxil olan müəssisə, təşkilatların və obyektlərin inzibati binalarının mühafizəsini həyata keçirir. ARDNŞ-də aparılan struktur dəyişikliyindən sonra mühafizə nəzarət sisteminin vahid idarəetmə mexanizmi yaradılmışdır. Mühafizə sisteminin gücləndirilməsi nəticəsində neft şirkətinin bütün obyektlərində etibarlı mühafizə təmin olunmuşdur. Günün 24 saatı xidmət aparılır.

Təhlükəsizlik İdarəsi mühafizə xidməti ilə yanaşı, Fontana qarşı Dağ-mədənxilasetmə Hərbiləşdirilmiş Hissəsi ölkənin neft sənayesinin obyektlərində baş verən açıq neft və qaz fontanlarının qarşısının alınmasını, ləğvini və profilaktik əməliyyat işlərini həyata keçirir. Dövlət Gəmi və Liman Nəzarəti Müfəttişliyi Neft Donanmasının təhlükəsizlik təminatını, donanma gəmilərinin qəzasız işləməsini təmin edən intizam qaydalarının yerinə yetirilməsini, gəmilərin səfərə çıxmasının və səfərdən qayıtmasının rəsmi qeydiyyatını və digər məsələləri həyata keçirir.


Rəis:Əliyev Rəşad Qədim oğlu
Ünvan:AZ1025, Bakı şəhəri, Xocalı prospekti, 28
Tel:(+994 12) 521 06 21
Faks:(+994 12) 521 06 46
Email:office.sec@socar.az

ətraflı oxu +