ŞİRKƏT

Neft Qaz Emalı Neft Kimya Kompleksi

Neft Qaz Emalı Neft Kimya Kompleksi
Prev Next

Neft Qaz Emalı Neft Kimya Kompleksi

Son 10-15 il ərzində ölkədə karbohidrogen xammalının kəşfiyyatı və hasilatı, nəqli və satışı sahəsində sürətli inkişaf fonunda onun emalının yaxşılaşması istiqamətində xüsusi dəyişikliklər müşahidə edilməmişdir.

Env Txt Img

Bu baxımdan istehsal edilən məhsulların keyfiyyətinin yaxşılaşdırılması və çeşidinin genişləndirilməsi məsələlərinin həll edilməsinə köklü və kompleks yanaşma zərurəti yaranmışdır. Azərbaycan Prezidentinin tapşırığına əsasən, hal-hazırda ARDNŞ Bakı şəhəri yaxınlığında yeni Neft-Qaz emalı və Neft-kimya Kompleksinin (NQNK) yaradılmasına dair ilkin təkliflər işləyib hazırlayır.

Neft-Qaz emalı və Neft-kimya Kompleksinin aşağıdakı əsas obyektlərdən ibarət olması nəzərdə tutulur: -Qaz emalı zavodu -Neft emalı zavodu -Neft-kimya zavodu -Enerji blokuYeni Neft-Qaz emalı və Neft-kimya Kompleksi layihəsinin həyata keçirilməsi nəticəsində Azərbaycan mülki, sosial, infrastruktur və mədəniyyət təyinatlı tikinti sahəsində nəhəng nailiyyətlərlə yanaşı, neft emalı və neft-kimya sahəsində də dərin texniki və texnoloji irəliləyiş edəcək, çoxlu sayda ən yeni texnologiyalar əldə edəcək, və bir çox növ məhsul və məmulatların idxalından yaxa qurtarmağa imkan verən geniş çeşiddə yüksək keyfiyyətli məhsullar istehsal etməyə başlayacaq Bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində böyük sahədə ərazilərin boşaldılaraq mülki və sosial-məişət təyinatlı istifadə edilməsi mümkün olacaq.
Xüsusi əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, müasir, yüksək ixtisaslı mütəxəssislərdən ibarət yeni kadr potensialı yaranacaq, yeni iş yerləri açılacaq, əhalinin məşğulluq strukturu keyfiyyətcə yaxşılaşacaq.
.

ətraflı oxu +