ŞİRKƏT

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
Prev Next

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi

Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 №-li Fərmanına və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 31 mart 2003-cü il tarixli 25 №-li əmrinə əsasən Şirkətin 1994-cü ildən fəaliyyət göstərən Xarici İqtisadi Əlaqələr İdarəsi və 1997-ci ildən fəaliyyət göstərən «Azərnefttəchizat» Birliyinin bazasında SOCAR-ın maraqlarına uyğun neft və neft məhsullarının ölkə daxilində və dünya bazarında səmərəli satışının həyata keçirilməsi məqsədilə yaradılmışdır.

Env Txt Img

İdarə həmçinin SOCAR-ın iştirakı ilə yaradılan Müştərək Müəssisələr və Hasilatın pay bölgüsü sazişləri əsasında fəaliyyət göstərən Əməliyyat Şirkətləri tərəfindən hasil olunmuş karbohidrogenlərin satışı əməliyyatlarında iştirak edir. MİƏİ-nin məqsədini alıcılara neft və neft məhsulların səmərəli satışınının həyata keçirilməsi, həmçinin yeni satış bazarlarının mənimsənilməsi təşkil edir.


Neftin ixracı 3 boru kəməri vasitəsilə həyata keçirilir: Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Bakı-Supsa, Bakı-Novorossiysk. Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri vasitəsilə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan "Azəri Layt" markalı neftin ixracı həyata keçirilir. ARNDŞ-yə məxsus yataqlardan hasil olunan xam neftin ixracı Bakı-Novorossiysk boru kəməri vasitəsilə həyata keçirilir.

ARDNŞ MİƏİ neft məhsullarının, o cümlədən, A-92 markalı avtomobil benzininin, L-62 (D-01) markalı dizel yanacağının və reaktiv mühərriklər üçün TS-1 markalı yanacağının ixracını da həyata keçirir. Neft məhsullarının əsas ixrac istiqamətlərindən biri kimi Gürcüstan bazarını qeyd etmək olar. Bu istiqamətdə məhsulların ixracı "SOCAR Georgia Petroleum" şirkəti tərəfindən həyata keçirilir. Həmçinin, neft məhsullarının ixracının böyük həcmi Gürcüstanın Qara dəniz sahilində yerləşən ARDNŞ-yə məxsus Kulevi terminalı vasitəsilə həyata keçirilir. Bundan əlavə, Asiya ölkələri istiqamətində də müəyyən həcmlər ixrac olunur.

MİƏİ-nin fəaliyyət istiqamətlərinə həmçinin ölkə daxilində neft məhsullarının satışı daxildir. Azərbaycan daxilində neft məhsullarının satışı MİƏİ-nin neft məhsulları təminatı müəssisələri (neft bazalar) tərəfindən həyata keçirilir. Hazırda MİƏİ-nin tərkibinə 11 ədəd paylayıcı və 1 ədəd ötürücü müəssisə daxildir. Ötürücü müəssisədən neft məhsulları dəmir yol nəqliyyatı vasitəsi ilə paylayıcı müəssisələrə və iri istehlakçılara göndərilir. Paylayıcı müəssisələrdən neft məhsulları xüsusi avtonəqliyyat vasitələri ilə (avtosisternlərlə) daşınmaq şərti ilə birbaşa istehlakçılara buraxılır.

İdarə xam neft və neft məhsullarının ixracı, neft bazalarının paylayıcı sistemi vasitəsilə respublika daxili bazarda neft məhsullarının satışı sahəsində Ətraf mühitin idarəetmə sistemi üzrə İSO 14001:2004, Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının idarə edilməsi sistemi üzrə OHSAS 18001:2007 və keyfiyyətin idarəetmə sistemi üzrə İSO 9001:2008 beynəlxalq sertifikatlara malikdir.

ARDNŞ təşkilatlarında olduğu kimi, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində də 2008-ci ildən etibarən mühasibat uçotu, plan-hesabat və maliyyə məsələlərinin proqram təminatının - SAP ERP sisteminin tətbiqinə və inkişaf etdirilməsinə başlanmışdır. BMHS-ə (Beynəlxalq Maliyyə Hesabatları Standartları) uyğun uçot və hesabat məqsədləri üçün SAP ERP sisteminin Fİ (Maliyyə/Mühasibat uçotu) modulunun GL (Baş kitab), AP (Satıcılarla, kreditorlarla hesablaşmalar), AR (müştərilərlə, debitorlarla hesablaşmalar), CO (nəzarət uçotu), BL (bank əməliyyatları) komponentləri, HR (insan resurslarının idarə olunması), MM və SD (satış və paylaşdırma) modulları tətbiq edilmişdir. Hal-hazırda SAP ERP sisteminin yeni modulunun - FSCM modulunun TRM komponentinin (xəzinədarlıq və pul axını) tətbiqi prosesi gedir.


Rəis:Əhmədzadə Ədnan Azər oğlu
Ünvan:AZ1025, Bakı şəhəri, Sabit Orucov küçəsi, 28
Telefon:(99412) 521-04-51
Faks:(99412) 496-73-43
URL:www.socar.az/mo
Email:office.mo@socar.az

ətraflı oxu +