ŞİRKƏT

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
Prev Next

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi

İnformasiya-kommunikasiya texnologiyalarının sistemli şəkildə inkişaf etdirilməsi, bu sahələrdə pərakəndəlik və təkrarçılıq hallarının qarşısının alınması, informasiya təhlükəsizliyinin təmin edilməsi zəruriliyi nəzərə alınaraq, ARDNŞ-nin 22 sentyabr 2006-cı il tarixli 158 nömrəli əmri ilə Şirkətin tərkibində İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (İTRİ) yaradılmışdır.

Env Txt Img

İntellektual rabitə avadanlıqları ilə təchiz olunmuş İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ARDNŞ-nin bütün müəssisə və təşkilatlarını əlaqələndirən, rabitə, mühafizə, kompüter-informasiya şəbəkə texnologiyalarını inteqrasiya etmək qabiliyyətində olan müasir şəbəkə sisteminin qurulmasını, korporativ kompüter şəbəkəsi iştirakçıları üçün mərkəzləşdirilmiş qaydada internetə çıxışın təmin edilməsini, informasiya təhlükəsizliyinin, informasiya mübadiləsinin effektivliyini, habelə mərkəzləşdirilmiş qaydada şəbəkə sisteminin inzibatçılığını təmin edir, sistemin nizamlı işini təşkil edir.


01 yanvar 2008-ci il tarixindən ARDNŞ-nin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçidini, eyni zamanda bütün biznes funksiyaları üzrə sistem və proseslərin inteqrasiyasının artırılmasına böyük ehtiyac olduğunu nəzərə alaraq, ARDNŞ-nin tapşırığı ilə İTRİ-də Biznes Resurslarının Planlaşdırılması (BRP) sisteminin inzibatçılıq, tənzimləmə və inkişafı üzrə işlərə başlanmışdır.

ARDNŞ tərəfindən Geoloji-Geofiziki və Neft-Mədən Verilənlərinin Korporativ Bazasının yaradılması məqsədilə 2010-cu ildə Böyük Britaniyanın Fugro Data Solutions şirkəti ilə proqram təminatı, servis işləri və ARDNŞ-nin işçilərinin təlimatlandırılması barədə müqavilə imzalanmışdır. ARDNŞ prezidentinin əmrinə əsasən layihənin həyata keçirilməsinə İTRİ cavabdehlik daşıyır. ARDNŞ üçün bu layihənin üstün cəhəti onun elmi əhəmiyyətindədir. ARDNŞ tərəfindən layihənin yerinə yetirilməsi üçün İTRİ nəzdində Korporativ Verilənlər Bazası Departamenti yaradılmışdır.

İTRİ-nin strukturunda beynəlxalq standartlara cavad verən müasir rəqəmsal texnologiyalara uyğun avadanlıqlarla təchiz olunmuş ARDNŞ-nin Mərkəzləşdirilmiş Mətbəəsi fəaliyyət göstərir. Mətbəədə şirkətin bütün müəssisələrindən verilən sifarişlər icra olunur.

İTRİ-nin bilavasitə iştirakı ilə Mərkəzi Neftçilər Xəstəxanasında elektron informasiya sistemi tətbiq edilmişdir. Hazırda bu sistemin genişləndirilməsi və texniki dəstəyi üzrə işlər həyata keçirilir.


Rəis:İlham Aslanov
Ünvan:AZ1029, Bakı şəhəri, H.Əliyev prospekti, 113
Telefon:(+99412) 521 05 21
Faks:(+99412) 521 05 50
Email:ilham.aslanov@socar.az

ətraflı oxu +