ŞİRKƏT

Sərmayələr İdarəsi

Sərmayələr İdarəsi
Prev Next

Sərmayələr İdarəsi

ARDNŞ-nin Sərmayələr İdarəsi xarici və yerli sərmayələrin Azərbaycan Respublikasının neft və qaz sektoruna cəlb edilməsi, xarici ölkələrdə ARDNŞ-nin sərmayələrinin qoyulmasını təmin edən tədbirlərin həyata keçirilməsi, ARDNŞ-nin fəaliyyətinə aid müvafiq saziş layihələrinin beynəlxalq standartlara cavab verən səviyyədə hazırlanması, bu sazişlər üzrə danışıqların aparılması, müəyyən edildikdə onların imzalanmasının təşkili və icrasına nəzarətin təmin edilməsi vəzifələrini icra edir.

Env Txt Img

İdarə sərmayələr üzrə hesabat və təhlil işini təşkil edir, onların hüquqi, kommersiya və ekoloji ekspertizasını aparır. Bundan başqa, İdarə birgə müəssisələr və alyanslarla işi koordinasiya edir, Azərbaycanın neft və qaz sektoruna yeni sərmayələrin cəlb edilməsi məqsədilə strateji araşdırmalar aparır, risklərin idarə olunması işini təşkil edir.


Sərmayələr İdarəsi yeni Hasilatın Pay Bölgüsü Sazişləri, Birgə Müəssisə və Alyansların təsisi və onların işinin koordinasiya edilməsi ilə yanaşı, ARDNŞ-nin xarici ölkələrdə bilavasitə fəaliyyətinin təşkili və onun səmərəli həyata keçirilməsi işinə öz səlahiyyətləri çərçivəsində dəstək verir, danışıqlarda, müqavilələrin hazırlanmasında iştirak edir və onların icrasına nəzarət edir.


Rəis: Əliyev Vaqif Vəli oğlu
Ünvan: AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 121
Telefon: (+99412) 521 21 66
Faks: (+99412) 497 00 50
Email: office.id@socar.az

ətraflı oxu +