ŞİRKƏT

Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodu
Prev Next

Heydər Əliyev adına Neft Emalı Zavodu

Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, «Azərneftyanacaq» neft emalı zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır.

Env Txt Img

Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir.


50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir.

Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan  neft məhsullarının 45%-i  xarici ölkələrə ixrac edilir.

Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu (istismara verildiyi il - 1976), katalitik riforminq qurğusu (1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji gücləri fəaliyyət göstərir.

Zavodun əsas texnoloji qurğusu 1976-cı ildə istismara buraxılmış ED-AV-6 elektrik duzsuzlaşdırma və mazutun vakuum distillə edilməsi blokları ilə birlikdə neftin ilkin emalı qurğusudur. Neft məhsullarının keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə «Merikem» (ABŞ) şirkətinin lisenziyası ilə həmin qurğuda yanacağın qələvi ilə təmizlənməsi və naften turşuları xammalının istehsalı üzrə lahiyə həyata keçirilmişdir.

1993-cü ildə tikilib istifadəyə verilmiş avtobenzinlərin yüksək oktanlı komponentlərinin istehsalı üzrə katalitik krekinq qurğusu 1980-ci ildə istismara daxil edilmiş katalitik riforminq qurğusu ilə yanaşı istehsal edilən avtobenzinlərin və dizel yanacaqlarının keyfiyyətini yüksəltməyə imkan vermişdir.

22 aprel 2004-cü ildə Azərbaycanın neft emalı sənayesinin flaqmanı olan "Azərneftyanacaq" NEZ-ə 50 illik yubileyi ilə əlaqədar və istehsal fəaliyyətində nail olduğu göstəriciləri nəzərə alaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilmişdir.

Direktor: İsmayılov Elman Abbas oğlu
Ünvan: AZ1060, Bakı şəhəri, Oqtay Vəliyev küçəsi, 1
Telefon:(+99412) 521 23 21
Faks:(+99412) 422 00 50
E-mail:office.bor@socar.az

ətraflı oxu +