ŞİRKƏT

Qaz Emalı Zavodu

Qaz Emalı Zavodu

Qaz Emalı Zavodu

Qaz Emalı Zavodu

Qaz Emalı Zavodu

Qaz Emalı Zavodu

Qaz Emalı Zavodu

Qaz Emalı Zavodu
Prev Next

Qaz Emalı Zavodu

Qaz Emalı Zavodu Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il 2142 saylı Sərəncamı və "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına dəyişiklik və əlavələr edilməsi haqqında 07 oktyabr 2009-cu il tarixli 164 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-in strukturuna aid edilmişdir.

Env Txt Img

Qaz Emalı Zavodu 1958-ci ildə keçmiş Sovet İttifaqının "QİPROAZNEFT" institutu tərəfindən layihələndirilmişdir. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil etməkdir.


Qaz Emalı Zavodu təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirir.

Zavodun tikintisinin birinci mərhələsi 1961-ci ildə başa çatdırılmışdır. I mərhələdə 3 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları və 4 №li texnoloji sexin qaz kondensatının emalı və qeyri-sabit qaz benzininin fraksiyalaşdırılması qurğusu əsas istehsalata xidmət edən bütün yardımçı sahələrlə birlikdə istismara verilmişdir. 1963-cü ildə tikintinin II mərhələsində 2 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları, 1964-cü ildə isə 1 №li texnoloji sexin qazdan benzin ayıran qurğuları tikilərək istismara buraxılmışdır. Zavodun ilkin layihə gücü il ərzində 4,5 mlrd. m3 təbii qazı emal etməyə imkan verirdi. 1986-cı ildə zavodun istehsal gücünün artırılması məqsədi ilə aparılmış rekonstruksiya işləri nəticəsində illik emal gücü 6,5 mlrd. m3-ə çatdırılmışdır. Rekonstruksiya layihəsi çərçivəsində zavod ərazisində yeraltı təbii qaz boru kəmərləri estakada üzərinə çəkilmiş, yeraltı su kəmərləri yerüstü kəmərlərlə əvəz edilmiş, iki qaz ölçü qovşağı tikilmişdir. 2003-2004-cü illərdə Qaz Emalı Zavodunda hər biri iki xətli olmaqla 2 ədəd zavoddan qazın "yüksək təzyiqli çıxışı" və qazın "ümumi çıxışı" ölçü qovşaqları tikilib istifadəyə verilmişdir.

2009-cu ildə zavoddan qazın «ümumi çıxışı» qaz ölçü qovşağında əlavə bir xətt tikilib istifadəyə verilmişdir. Uzunmüddətli istismardan sonra 1994-cü ildə qazdan benzini ayıran qurğulardan 6 saylı QBAQ-ın istismarı dayandırılsa da, 2008-ci ildə qurğunun K-1 birinci pillə absorber aparatlarının əsaslı təmirindən sonra 5 saylı QBAQ-ın sxeminə qoşulması nəticəsində zavodun rekonstruksiyadan sonrakı emal gücünü bərpa etmək mümkün olmuşdur. 2007-2009-cu illərdə Qaz Emalı Zavodunun 1-3 saylı texnoloji sexlərinin 1, 2, 3, 4 və 5 saylı QBAQ-ları əsaslı təmir olunmuş, 4 saylı sexdə, əmtəə və aralıq əmtəə parklarında böyük həcmli əsaslı təmir işləri aparılmışdır.

Bundan əlavə, əmtəə və aralıq-əmtəə parklarında müasir tipli optiflex1300 səviyyəölçən cihazlar, 7 saylı sexdə sərfölçən cihazlar, zavoda daxil olan xammal qazın və xaric olan quru qazın sərfinin təyin olunması üçün FloBoss 407 tipli cihaz quraşdırılaraq istismara buraxılmışdır.

Qaz Emalı Zavodunda 16 istehsalat və xidmət sahələri, yaşıllaşdırma və abadlıq sahəsi və mərkəzi anbar fəaliyyət göstərir.


Direktor:Paşayev Aqşin Şəmşəd oğlu
Ünvan:AZ 1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi
Telefon:(99 412) 521 20 70
Faks:(99 412) 448 09 32
Email:ruslan.murshudov@socar.az

ətraflı oxu +