ŞİRKƏT

Qaz İxrac İdarəsi

Qaz İxrac İdarəsi

Qaz İxrac İdarəsi

Qaz İxrac İdarəsi

Qaz İxrac İdarəsi

Qaz İxrac İdarəsi
Prev Next

Qaz İxrac İdarəsi

Qaz İxrac İdarəsinin fəaliyyəti Əməliyyat Şirkətləri, "Şahdəniz" və AÇG yataqlarından hasil olunan qazın qəbulu, ARDNŞ-ə məxsus qaz həcmlərinin xarici bazarlarda satışının təmin edilməsi, bağlanmış müqavilələrinin yerinə yetirilməsi, dünyanın yanacaq-energetika bazarında Azərbaycanın rolunun artırılması, qaz idxal edən dövlətlərə etibarlı və sabit şəkildə qazın təchiz olunması, ixrac marşrutlarının diversifikasiyası və qaz tədarükünün coğrafi arealının genişləndirilməsindən ibarətdir.

Env Txt Img

ARDNŞ-nin Qaz İxrac İdarəsi qarşısında qoyduğu vəzifələri həyata keçirərək, Gürcüstana, İran İslam Respublikasına və Rusiya Federasiyasına ixrac olunan, eyni zamanda İran İslam Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasına (swap əməliyyatı) təchiz olunan qazın təhlükəsiz və səmərəli ixrac-idxal olunmasını və çatdırılma məntəqələrində təhvil-qəbul əməliyyatlarının aparılmasını təmin etməkdədir. İdarə hal-hazırda ölkədən kənara üç məntəqədən - "Qərb qaz sahəsi"ndən Gürcüstana, "Şimal qaz sahəsi"ndən Rusiya Federasiyasına və swap məqsədi ilə "Cənub qaz sahəsi"ndən İran İslam Respublikasına qaz ixracını, eyni zamanda Naxçıvan Muxtar Respublikasının təbii qazla təchiz olunması məqsədi ilə İran İslam Respublikasından "Culfa qaz sahəsi" vasitəsilə qaz idxalını həyata keçirir. AÇG-dən hasil olunan səmt qazı və "Şahdəniz" yatağından qəbul olunan qaz həcmləri Səngəçal Baş Qurğuları qaz sahəsində qəbul olunaraq, dövlətlərarası qaz ölçmə stansiyalarında ixrac olunan ölkələrin nəql sisteminə ötürülür. Qaz ölçmə məntəqələrində həyata keçirilən əməliyyatlar beynəlxalq standartların tələblərinə cavab verən qaz sərf ölçmə cihazları və qazın keyfiyyətinə nəzarəti təmin edən müasir avadanlıqlarla təchiz olunmuş müvafiq laboratoriyalarda aparılır.


Qaz İxrac İdarəsi fəaliyyətin beynəlxalq idarəetmə standartlarına uyğun təşkil edilməsi, işin keyfiyyətinin artırılması, texniki sənədlərin təkmilləşdirilməsi və onların dünya standartlarına uyğunlaşdırılmasını nəzərdə tutan İSO 9001:2008 (İdarəetmə sistemi), İSO 14001:2004 (Ətraf mühitin idarəetmə sistemi) və OHSAS 18001 (Əməyin mühafizəsi və təhlükəsizliyin idarəetmə sistemi) beynəlxalq standartların sertifikatlarına sahibdir. İdarədə yerli və xarici şirkətlərin ixtisasartırma kurslarını müvəffəqiyyətlə başa vurmuş yüksək ixtisaslı işçi kollektivi çalışır.


Rəis:Seyfullayev Qağaməli Höküməli oğlu
Ünvan:AZ1025, Bakı şəhəri, Rövşən Əliyev küçəsi, 19
Telefon:(+99412) 521 07 00
Faks:(+99412) 521 07 47
Email:office.gas@socar.az

ətraflı oxu +