ŞİRKƏT

Əmək şəraiti normalarının işlənməsi idarəsi

Əmək şəraiti normalarının işlənməsi idarəsi
Prev Next

Əmək şəraiti normalarının işlənməsi idarəsi

“Əmək şəraiti normalarının işlənməsi idarəsi”(ƏŞNİİ) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 23 sentyabr 2009 -cu il tarixli 130 nömrəli əmrinə əsasən yaradılmışdır.

Env Txt Img

İdarə ARDNŞ-tərəfindən təsdiq edilmiş iş proqramına əsasən fəaliyyət göstərir. Görülən işlər bilavasitə ARDNŞ-nin müəssisə və təşkilatlarında əmək normalarının hazırlanması, iş yerlərində istehsalat amillərinin təhlükəli və zərərli parametrlərinin müəyyən edilməsi üçün ölçmə işlərinin həyata keçrilməsi, iqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi üzrə təhlillərin aparılması, biznes prosseslərinin optimallaşdırılması və tənzimlənməsi eləcə də sosialoji sorğu və normativ-tədqiqat xarakterli digər işlərin yerinə yetirilməsi məqsədilə müvafiq tədbirlərin reallaşdırılmasından ibarətdir.

Keyfiyyət sistemini daim təkmilləşdirmək və inkişaf etdirmək üçün Azərbaycan Respublikasının Keyfiyyətlə bağlı qanunvericiliyində Dövlət Qanun və Qaydalarında eləcədə TS EN ISO 9001 “Keyfiyyət” idarəetmə sistemi üzrə Beynəlxalq Standartında qarşıya qoyulan bütün tələblərə əməl etmək idarənin qarşısında düran əsas vəzifələrdəndir İdarədə keyfiyyətə təsir göstərən bütün zərərli faktorların minimuma endirilməsi naminə ”Keyfiyyət İdarəetmə Sistemi”nin inkişafına müsbət təsir edən bütün metodlardan istifadə edilərək müasir texnika və texnologiyaların ən son nailiyyətlərinin tətbiqi həyata keçirilir.
İdarəetmə Sisteminin daimi inkişafını təmin etmək məqsədilə işçi heyyətinin davamlı olaraq marifləndirilməsi eləcədə peşəkarlığının artırılması istiqamətində bütün vasitə və imkanlardan maksimum dərəcədə istifadə edilir.

Rəis:Telman Məhəmmədov Məhərrəm oğlu
Unvan: AZ1029, Bakı şəhəri, Heydər Əliyev prospekti, 121
Tel: 521-26-91
Faks: 48 322
Email:Telman.Mahammadov@socar.az .
.

ətraflı oxu +