ŞİRKƏT

Azneft İstehsalat Birliyi

Azneft İstehsalat Birliyi

Azneft İstehsalat Birliyi

Azneft İstehsalat Birliyi

Azneft İstehsalat Birliyi

Azneft İstehsalat Birliyi

Azneft İstehsalat Birliyi

Azneft İstehsalat Birliyi

Azneft İstehsalat Birliyi

Azneft İstehsalat Birliyi
Prev Next

Azneft İstehsalat Birliyi

SOCAR-ın "Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir.

Env Txt Img

Quru sahəsindəki Balaxanı-Sabunçu-Ramana yatağı 1871-ci ildən istismar olunur. Balaxanı-Sabunçu-Ramana yatağının işlənməyə başlanması nəticəsində əsası 1848-ci ildə qoyulmuş Azərbaycan neft sənayesinin daha sürətli inkişaf dövrü başlamışdır.


"Neft Daşları" yatağı 1949-cu ildən istismar olunur. Dünyada ilk dəfə olaraq açıq dənizdə bu yatağın işlənməsi ilə neft tarixinin yeni səhifəsi açılmış, dəniz şəraitində dərin neft-qaz yataqlarının istismarı üçün elmi-praktiki bünövrə yaradılmışdır.

Uzun illər ərzində toplanmış nəzəri-praktiki biliklər sayəsində "Azneft" İB-nin mütəxəssisləri təkcə Azərbaycanda deyil, həm də dünyanın bir çox ölkələrində neft sənayesinin yaradılmasında və inkişafında böyük xidmətlər göstərmişdir.

"Azneft" İB-nin tərkibində 11 neftqazçıxarma idarəsi fəaliyyət göstərir. İşlənmədə olan yataqlarda 5700-ə qədər quyu istismar olunur. Çoxsaylı texnoloji qurğular, müxtəlif təyinat və çeşidli boru kəmərləri, nasos, kompressor və elektrik stansiyaları, digər komunikasiya və infrastrukturlar neft-qaz hasilatının texniki-iqtisadi cəhətdən səmərəliliyini təmin edir.

"Azneft" İB-nin tərkibinə daxil olan iki yeraltı qaz anbarı mövsümdən asılı olmayaraq ölkənin qaz təchizatının stabil və etibarlı təminatında mühüm yer tutur. Hazırda regionların qaz təchizatının yenidən qurulduğunu və SOCAR tərəfindən qaz ixracının artırıldığını nəzərə alaraq, hər iki yeraltı qaz anbarının genişləndirilməsi və modernləşdirilməsi istiqamətlərində ciddi layihələr həyata keçirilir.


Baş direktor:İskəndərov Daşqın Ələm oğlu SOCAR-ınARDNŞ-nin "Azneft" İstehsalat Birliyi Azərbaycanda 34 neft-qaz yatağının işlənməsini həyata keçirir. Bu yataqlardan 20-si quru ərazilərində, 14-ü isə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşir


Ünvan:AZ0033, Bakı şəhəri, Neftçilər prospekti 73,
Telefon:(+99412) 521 10 19, 521 10 94
Faks:(+99412) 521-11-55

ətraflı oxu +