ŞİRKƏT

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi

Azərikimya İstehsalat Birliyi
Prev Next

Azərikimya İstehsalat Birliyi

Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən, "Azərikimya" Dövlət Şirkəti SOCAR-ın tabeçiliyinə verilmişdir.

Env Txt Img

Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmanla SOCAR-ın tərkibində "Azərikimya" İstehsalat Birliyi təsis olunmuşdur. Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu (“EP-300”, “Polimir-120” istehsalatlarından, izopropil spirti istehsalı sahəsindən, Buxar və elektrik enerjisi istehsalatından ibarət) və Təmir-tikinti İdarəsi daxildir.

“Azərikimya” SOCAR-ın tabeliyinə verildikdən sonra İstehsalat Birliyinin müəssisələ-rində istehsalatların stabil xammalla təmin olunması, istehsal olunan məhsulların keyfiyyətinin yaxşılaşdırılması və istehsal həcminin artırılması istiqamətində bir çox tədbirlər həyata keçirilmiş, müasir tipli yeni Azot-oksigen kompleksi, Susoyutma qurğusu, Mütləqləşdirilmiş izopropil spirti sahəsi, Propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi və Butan-butilen fraksiyasının hidrogenləşməsi qurğuları tikilərək isifadəyə verilmişdir Mərkəzi laboratoriya yenidən qurularaq müasir tələblərə cavab verən cihazlarla təmin edilmişdir.
Nəticədə istismar dövrü ərzində müəssisədə ilk dəfə olaraq 103 min ton polietilen istehsal olunmuşdur.
“SOCAR Polymer” layihəsi çərçivəsində tikilməkdə olan Polipropilen (PP) və Yüksək sıxlıqlı polietilen (HDPE) qurğularının (zavodlarının) tələb olunan miqdarda və keyfiyyətdə etilen, propilen və hidrogenlə təmin edilməsi məqsədilə “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda mövcud istehsalatların modernizasiyası və rekonstruk-siyası, həmçinin yeni istehsalat qurğularının və köməkçi istehsalatların tikintisi ilə bağlı işlərə start verilmişdir.
Artıq İtaliyanın “TECHNİP” şirkəti tərəfindən böyük həcmli rekonstruksiya işlərinə başlanılmışdır.
Həyata keçiriləcək modernizasiya işləri zamanı yüksək qatılıqlı hidrogenin alınması qurğusunun, propilenin məhsuldarlığının artırılması məqsədi ilə Propan-propilen fraksiyasının təmizlənməsi qurğusunun və EP-300 istehsalatının idarəetmə mərkəzinin tikintisi ilə bərabər, mənəvi-fiziki cəhətdən köhnəlmiş avadanlıqların daha müasir avadanlıqlarla əvəzlənməsi, texnoloji prosesin nəzarət-ölçü sisteminin modernləşdirilməsi, layihə gücünün artırılması, yeni xammal növlərinin - qaz fraksiyalarının tətbiqinin genişləndirilməsi işlərinin icrası da nəzərdə tutulmuşdur.
İcra olunan layihələrdən biri də gündəlik gücü 2600 m3 olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir.
Bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya məqsədilə istifadə olunmasıdır.
Rekonstruksiya işlərinin nəticəsində həm propilenin, həm də etilenin istehsal həcminin artırılması nəzərdə tutulur.


İcraçı Direktor: Babayev Xəqani Ədalət oğlu
Ünvan: Az 5000, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 86
Telefon: (+994 12) 521-00-00
Faks: (+994 12) 521-25-71
Email: office.azerikimya@socar.az
S O C A R "Azərikimya" İB (official) - facebook səhifəsi.
.

ətraflı oxu +