ŞİRKƏT

Azərbaycan Neft Təsərrüfatı Jurnalı

Azərbaycan Neft Təsərrüfatı Jurnalı
Prev Next

Azərbaycan Neft Təsərrüfatı Jurnalı

Azərbaycan Neft Təsərrüfatı Jurnalı

Env Txt Img

Jurnal 1898-ci ildə Neft Sənayeçiləri Qurultaylarının daimi rəhbər orqanı olan Bakı Neft Sənayeçiləri Qurultayları Şurası tərfindən «Neftyanoe Delo» adı ilə təsis edilmişdir. Mətbu orqanın ilk sayı rus dilində 1899-cu ilin 10 yanvarında işıq üzü görmüşdür. Jurnal nəinki Bakıda, bütövlükdə dünyada neft sənayesinin nailiyyətləri və problemlərinin hərtərəfli işıqlandırılmasında əvəzsiz rol oynayan ilk sahə mətbu orqanlarından biri olmuşdur.

Bu gün jurnalda materiallar azərbaycan, rus və ingilis dillərində dərc olunur Sahə üzrə ən qocaman mətbu orqan olan bu jurnal böyük nüfuz qazanaraq, nəinki respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda aktual, yüksək peşəkarlıqlı elmi-texniki və istehsalat informasiya mənbəyi kimi tanınmışdır.
ANT jurnalında neft sənayesində texniki tərəqqinin çoxsaylı başlıca prioritetlərini əks etdirən materiallar dərc olunur.
Jurnalın müəllif kollektivini neft sənayesi və ona yaxın sahələrdə öz intelektual potensialını sərf edən milli və xarici mütəxəssislər, mühəndis və alimlər təşkil edir.
Jurnal neft sahəsi üçün çoxsaylı, tanınmış, yüksək ixtisaslı kadrlar nəslinin yetişdirilməsində böyük rol oynayır.

Baş redaktor: akademik Quliyev İbrahim Səid oğlu
Ünvan: AZ1012, Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 88a
Telefon: 433-89-94
E-mail: office.aoi@socar.az.
.

ətraflı oxu +