RƏHBƏRLİK

Rövnəq İbrahim oğlu Abdullayev +

Rövnəq İbrahim oğlu Abdullayev

SOCAR-ın prezidenti


Yusifzadə Xoşbəxt +

Yusifzadə Xoşbəxt

Birinci vitse-prezident

Qasımov Süleyman +

Qasımov Süleyman

İqtisadi məsələlər üzrə vitse-prezident

Nəsirov Elşad +

Nəsirov Elşad

Sərmayələr və marketinq üzrə vitse-prezident


Məmmədov David +

Məmmədov David

Emal üzrə vitse-prezident

İsmayılov Mikayıl +

İsmayılov Mikayıl

Vitse-prezident

Bədəlov Bədəl +

Bədəlov Bədəl

Sosial məsələlər üzrə vitse-prezident


Məmmədov Xalik +

Məmmədov Xalik

Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezident

Qurbanov Rəhman +

Qurbanov Rəhman

Neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident

Hüseynzadə Rəfiqə +

Hüseynzadə Rəfiqə

Ekologiya üzrə vitse-prezident


Qəhrəmanov Tofiq +

Qəhrəmanov Tofiq

Strateji inkişaf üzrə vitse-prezident

Yaşar Lətifov +

Yaşar Lətifov

Yataqların işlənməsi üzrə vitse-prezident

Bəhram Hüseynov +

Bəhram Hüseynov

Geologiya və geofizika məsələləri üzrə vitse-prezident

Download vcard Yusifzadə Xoşbəxt

Yusifzadə Xoşbəxt

SOCAR

Birinci vitse-prezident

Tel: (+99412)4922870

Tel: (+99412)5210359

Tel: (+99412)5210312

Faks: (+99412)4988305

Email:

Tanıtma kartını yüklə

Profil+

Yusifzadə Xoşbəxt Bağı oğlu 1930-cu ildə Bakının Pirşağı kəndində anadan olmuşdur. 1947-ci ildə orta məktəbi bitirmiş və M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. İnstitutu 1952-ci ildə «Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı» üzrə bitirərək «dağ mühəndisi-geoloq» ixtisasına yiyələnmişdir.

Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı ”Dövlətxüsusineftlayihə” kontorunda başlamış, lakin az sonra o vaxt təzə təşkil olunmuş ”Dənizneft” Birliyində işə qəbul edilmiş, burada böyük mühəndis və bölmə rəisi vəzifələrində çalışmışdır. 1954-cü ilin mart ayında ”Gürganneft” trestinin (indiki ”Neft Daşları” NQÇİ) birinci mədəninin böyük geoloqu vəzifəsinə təyin edilmiş və o vaxtdan da dəniz neft yataqlarının kəşfiyyatı və işlənilməsinin məşhur iştirakçılarından və rəhbərlərindən biri kimi tanınmışdır.

X.B. Yusifzadə 1958-1959-cu illərdə ”Neft Daşları” Mərkəzi elmi-tədqiqat və istehsalat işləri sexinin baş geoloqu, 1959-1960-cı illərdə həmin sexin rəisi vəzifələrində işləmişdir.

1960-cı ilin sentyabrında o, Sov.İKP-nın XXII qurultayı adına neft mədənləri idarəsi (keçmiş ”Gurganneft”) rəisinin müavini-baş geoloq vəzifəsinə təyin olunmuş və bu vəzifədə 1963-cü ilin oktyabr ayınadək çalışmışdır.

1963-cü ildən 1970-ci ilədək ”Başdənizneft” İdarəsində baş geoloqun müavini - şöbə rəisi, ”Dənizneft” İstehsalat Birliyinin geoloji-kəşfiyyat şöbəsinin rəisi - baş geoloqun müavini olmuşdur.

1970-1992-cı illərdə ”Xəzərdənizneft” Birliyinin, ”Xəzərdənizneft” İstehsalat Birliyinin, Ümumittifaq ”Xəzərdənizneftqazsənaye” Birliyinin, ”Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və ”Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktorunun müavini - baş geoloq vəzifələrində işləmişdir.

1992-1994-cü illərdə ”Azərineft” Dövlət Konserninin birinci vitse-prezidenti, ARDNŞ prezidentinin müşaviri, 1994-2004-cü illərdə ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə vitse-prezidenti, 2004-2016-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti vəzifələrində çalışmışdır.

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsinə təyin olunmuşdur.

1960-cı ildə ”Neft quyularının və laylarının tədqiq edilməsi və Neft Daşları yatağının cənub-qərb qanadının neftli obyektlərinin səmərəli işlənilməsi və istismarı məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-minerologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

1987-ci ildə Moskvanın Yanar Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunda ”Dəniz neft və qaz yataqlarında axtarış-kəşfiyyat işlərinin sürətlə aparılmasının prinsip və metodları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

2005-ci ildə ona ”Professor” elmi adı verilmişdir.
2007-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”, ”Çıraq” və ”Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən ”Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, ”Əşrəfi” (1998-ci il), ”Qarabağ” (1998-ci il), nəhəng ”Şahdəniz” (1999-cu il), iri ”Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdığı ”Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuşdur.

X.B.Yusifzadənin elmi araşdırmaları neft və qaz-kondensat yataqlarının kəşfində və işlənməsində qarşıya çıxan problemlərin həll edilməsi işinə böyük töhfə olmuşdur. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri bu məşhur alimin və görkəmli istehsalat təşkilatçısının nəşr olunmuş 188 elmi əsərində, o cümlədən 12 monoqrafiyasında və 8 ixtirasında öz əksini tapmışdır.

X.B.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanmış və həyata keçirilmişdir. Onun elmi fəaliyyəti sahə elmi-tədqiqat və layihə təşkilatları ilə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) institutları ilə bağlı olmuş, birgə tədqiqatların nəticələri istehsalatda müvəffəqiyyətlə tətbiq edilmişdir.

X.B.Yusifzadə AMEA-nın Neft Ekspedisiyasında, Dərin Neft-Qaz Yataqları Problemləri İnstitutunda da fəaliyyət göstərmiş, dəniz neft və qaz yataqları ehtiyatlarının hesablanmasına, onların işlənilmə layihələrinin tərtib edilib həyata keçirilməsinə rəhbərlik etmiş, yataqların işlənilməsi ilə əlaqədar bir sıra elmi-metodiki və nəzəri məsələlərin həllində bilavasitə iştirak etmişdir.

X.B.Yusifzadənin elmi-tədqiqat işləri, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi sahəsində nailiyyətləri barəsində qısa məlumat:

 Xəzər dənizində neft-qaz ehtiyatlarının elmi cəhətdən əsaslandırılmış proqnozu verilmiş, axtarış-kəşfiyyat işlərinin kompleks layihələri tərtib edilib həyata keçirilmiş, onun redaktorluğu altında Azərbaycanın neftliliyinə və qazlılığına aid bir sıra xəritə və atlaslar – «Azərbaycanın neft və qaz yataqları və perspektivli strukturları» (miqyası: 1:500 000 , 1985-ci il) xəritəsi, «Azərbaycanın geoloji xəritəsi» (dəniz və quru; miqyası: 1:500 000, Azərbaycan, rus və ingilis dillərində, 2007-ci il) və s. nəşr edilmişdir;

 Dəniz neft və qaz yataqlarında sürətləndirilmiş kəşfiyyat üsulu və metodikası, Xəzərin Azərbaycan sektorunda Məhsuldar Qat (MQ) çöküntülərində böyük dərinlikdə çoxmərtəbəli neftqazlılığa və böyük stratiqrafik diapazona malik perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasının üçmərtəbəli (”Fasilə”, ”Qirməkialtı” və ”Qala” lay dəstələri) üsulunun elmi əsasları işlənib hazırlanmış və tətbiq edilmişdir;

 X.B.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra yeni üsulların və mütərəqqi metodların istehsalatda tətbiqi nəticəsində Xəzər dənizində 20 neft və qaz-kondensat yatağı kəşf edilmişdir. Bunlardan Xəzərin Azərbaycan sektorunda ”Bahar”, ”Səngəçal-dəniz”, ”Duvannı-dəniz”, ”Xərə-Zirə adası”, ”Xərə-Zirə-dəniz”, ”Günəşli”, ”Çıraq”, ”Azəri, ”Kəpəz”, ”Şahdəniz”, Xəzərin Rusiya sektorunda ”İnçxe-dəniz”, Qazaxıstan sektorunda ”Rakuşeçnaya” və Türkmənistan sektorunda ”LAM”, ”Qubkin”, ”Livanov”, ”Barinov” və s. yataqları göstərmək olar;

 Kəşfiyyatda ilk quyu ilə yatağın aşkar edilməsinin dəniz şəraitində xüsusilə böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, X.B.Yusifzadə Xəzərin Azərbaycan sektorundakı perspektivli strukturlarda ilk quyunun yerinin seçilməsi prinsiplərini (tağdan uzaqlaşma prinsipi) işləyib hazırlamış və bu prinsipin ”Günəşli”, ”Azəri”, ”Çiraq” (bunlar ilk quyu ilə aşkar edilmişdir) yataqlarında həyata keçirilməsinə nail olmuşdur;

 X.B.Yusifzadənin rəhbərliyi və iştirakı ilə hidrotexniki-mədən qurğularının istismar müddəti nəzərə alınaraq, Xəzərin Azərbaycan sektorunda aşkar edilmiş neft-qaz yataqlarında hər mərtəbənin istinad horizontu eyni zamanda yatağın işlənilməsində də istinad horizontu kimi qəbul edilməklə, kəşfiyyat və sınaq-sənaye istismarı mərhələlərinin birləşdirilməsi metodikası işlənilmişdir. Beləliklə, aşkar edilmiş neftli-qazlı layların kəşfiyyatı qabaqlayıcı istismar qazması ilə aparılmış, yataqların qısa müddətdə işlənilməyə hazırlanması və istismara daxil olması təmin edilmişdir;

 Alimlərin bir qrupu ilə birlikdə (M.T.Abbasov, F.H.Orucəliyev və b.) o, qaz kondensat yataqları ehtiyatlarının qiymətləndirilməsinin və yataqların işlənilməsinin nəzəri və təcrübi əsaslarını işləyib hazırlamışdır. Bu dəyərli iş 1982-ci ildə Azərbaycanın Dövlət Mükafatına layiq görülmüşdür;

 Onun bilavasitə rəhbərliyi altında Cənubi Xəzər hövzəsindəki əsas neft və qaz yataqlarının geoloji-fiziki və istismar parametrlərinin təyin edilməsi məqsədilə neft və qaz-kondensat yataqlarının işlənmə vəziyyəti öyrənilmiş və sistemli şəkildə təhlil edilmişdir. Yataqların parametrlərindən asılı olaraq, lay təzyiqinin saxlanılması məqsədilə müxtəlif sulaşma sistemlərinin seçilməsi və konkret yataqlarda tətbiq edilməsi məsələləri həll olunmuş və bunun nəticəsi kimi, dünya təcrübəsində birincilər sırasında Neft Daşları yatağında ümumi neftvermə əmsalının 0,5 olmasına baxmayaraq, yatağın bəzi sahələrində bu əmsal 0,8-ə çatdırılmışdır;

 X.B.Yusifzadənin rəhbərliyi və bilavasitə iştirakı ilə xarici şirkətlərlə birlikdə geoloji-geofiziki, elmi-tədqiqat işləri aparılmış və saziş sahələri üçün geoloji-kəşfiyyat işlərinin proqramı və işlənilmənin layihələri hazırlanmışdır;

 Xəzərin neft və qaz-kondensat yataqlarının kəşfiyyatında perspektivli strukturların tektonik-struktur quruluşlarının mürəkkəbləşmə dərəcəsindən asılı olaraq, axtarış-kəşfiyyat quyularının sayının təyin edilməsi üçün empirik düsturlar verilmişdir;

 ”Azəri-Çiraq-Günəşli” və ”Şahdəniz” neft və qaz-kondensat yataqlarında axtarış-kəşfiyyat işlərinin xarici neft şirkətləri tərəfindən tətbiq edilən metodikası X.B.Yusifzadənin əvvəl Xəzər dənizindəki neft-qaz yataqları üçün işləyib hazırladığı və uzun illər tətbiq edilmiş axtarış-kəşfiyyat işlərinin metodikası ilə üst-üstə düşmüşdür. Bu metodikalar arasında əsas fərq birincinin kommersiya faktoruna söykənməsindən ibarət olmuş, lakin indiki zamanda dünyada neftin və qazın qiymətinin artması nəticəsində bu fərq aradan qaldırılmışdır. X.B.Yusifzadəyə görə, əsas məsələ əvvəlcə yatağın kəşf edilməsi və yalnız bundan sonra onun kommersiya faktorunun hesablanmasıdır;

 Dəniz yataqlarının işlənilməsində geoloji-istismar göstəricilərinə əsaslanaraq, quyuların yerləşmə şəbəkələrinin sıxlığının artırılmasının həm nəzəri, həm də təcrübi cəhətdən işlənib hazırlanması məqsədilə, hələ sovet dövründə bir qrup tədqiqatçı alimlə birlikdə istismar quyularının arasındakı məsafəni optimallaşdırmaq və işlənilmədə olan yataqlarda şəbəkənin sıxlığını artırmaq ideyasının düzgünlüyünü sübut etmişdir.

X.B.Yusifzadə uzun illər SSRİ Qaz Sənayesi Nazirliyi Texniki Şurasının ”Yataqların kəşfiyyatı və işlənilməsi” bölməsinin, AMEA-nın Geologiya İnstitutunda doktorluq dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsində Dövlət İmtahan Komissiyasının sədri (1975-1988) kimi fəaliyyət göstərmişdir.

X.B.Yusifzadə dəniz neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənilməsinin aktual problemlərinə, yanacaq-energetika kompleksinin inkişafına dair Azərbaycan paytaxtında və xarici ölkələrdə keçirilmiş bir çox elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, milli neft elminin, Azərbaycan geoloqları və geofiziklərinin daim böyük maraq doğuran nailiyyətlərini uğurla nümayiş etdirmişdir.

2004-cü ildə onun ”Ömrümün illəri və izləri” kitabı, 2007-ci ildə isə ”Akademik Xoşbəxt Yusifzadə” biblioqrafiyası çapdan çıxmışdır. 2009-cu ildə ”Akademik Xoşbəxt Yusifzadə” biblioqrafiyası Türkiyədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən dörd dildə (türk, ingilis, rus, Azərbaycan) nəşr edilmişdir. Alimin ”Ömrümün illəri və izləri” kitabının yenidən işlənmiş ikinci nəşri 2010-cu ildə işıq üzü görmüşdür.

X.B. Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Beynəlxalq Mühəndislər Akademiyasının fəxri akademiki, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının akademiki, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü, ”Azərbaycan Neft Təsərrüfatı” və ”Azərbaycanın geofizika yenilikləri” jurnalları, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətlərinin üzvü, Azərbaycan Geofizikləri Milli Komitəsinin, Azərbaycan Neftçi-Geoloqları Cəmiyyətinin, Amerika Neftçi-Geoloqları Assosiasiyasının və Avropa Alim-Geoloqları və Mühəndisləri Assosiasiyasının üzvüdür
Xoşbəxt Yusifzadə bir sıra yüksək mükafatlara və fəxri adlara layiq görülmüşdür. O, 2000-ci ildə “İstiqlal” Ordeni, 2004-cü ildə “Əsrin Müqaviləsi”nin 10 illiyi münasibəti ilə Şöhrət Ordeni ilə təltif olunmuş, 2010-cu ildə Şərəf Ordeninə, SOCAR-ın bir qrup mütəxəssisi ilə birlikdə UNESCO Medalına layiq görülmüşdür. Onun adı UNESCO Ensiklopediyasına daxil edilmişdir. Xoşbəxt Yusifzadə Türk dünyasında elm, təhsil və iqtisadiyyatın inkişafına verdiyi töhfələrə görə 2008-ci ildə Türk Dünyası Tədqiqatları üzrə Beynəlxalq Elmlər Akademiyasının Qızıl Ulduz Medalı ilə təltif olunmuş, “İlin Adamı” elan edilmişdir. 2011-ci ildə o, Türk Dünyasının Fəxri Elm Adamı adına layiq görülmüşdür.