KARYERA

Xarici Təqaüd Proqramı

Xarici Təqaüd Proqramı

Xarici Təqaüd Proqramı

Xarici Təqaüd Proqramı

Xarici Təqaüd Proqramı

Xarici Təqaüd Proqramı
Prev Next

Xarici Təqaüd Proqramı

2006-cı ildən başlayaraq ARDNŞ gənc və istedadlı gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsilini öz vəsaiti hesabına maliyyələşdirir.

Env Txt Img

Təqaüd Proqramı çərçivəsində tələbələrin xaricdə təhsil almaları üçün ARDNŞ müxtəlif universitetlərlə sıx əməkdaşlıq edir. Hazırda ARDNŞ Təqaüd Proqramının məzun və tələbələrinin sayı 172 nəfərdir. Onlardan 89 tələbə Böyük Britaniyada, 25 tələbə Almaniyada, 21 tələbə Fransada, 17 tələbə ABŞ-da, 9 tələbə Türkiyədə, 3 nəfər Norveçdə, Hollandiya və Kanadada hər birində 2 nəfər, Avstriya, İsveç, Rusiya və Maltada isə hər birində 1 tələbə təhsil alır və ya təhsilini başa çatdırmışdır.

Gənc nəslin maariflənməsinə xidmət edən ARDNŞ tələbələrin sosial problemlərini də diqqətdən kənarda qoymur, onları təhsillərini başa vurduqdan sonra ixtisaslarına uyğun işlə təmin edir Gənclərin yüksək təhsil alması və peşəkar mütəxəssis kimi yetişməsi naminə ARDNŞ istər təhsil müddətində, istərsə də təhsilini başa vurduqdan sonra hər bir tələbəyə fərdi yanaşma nümayiş etdirir, ona maddi və mənəvi dəstək olur.
Proqramın daha bir vacib məqamı ondan ibarətdir ki, xaricdə təhsil alan tələbələr oxuduqları universitetlərdə 'Azərbaycan günü' təşkil edərək, xarici vətəndaşlara Azərbaycanın milli dəyərlərini, adət-ənənələrini, tarixini, ədəbiyyatını zəngin musiqi dünyasını aşılayır.
http://www.socar.az/tehsil.
.

ətraflı oxu +