KARYERA

Karyera inkişafı

Karyera inkişafı
Prev Next

Karyera inkişafı

ARDNŞ-də KARYERANIN İDARƏ EDİLMƏSİ SİSTEMİNİN NÖVBƏTİ MƏRHƏLƏSİ – XİDMƏTİ FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ
(2 dekabr 2013 - 27 dekabr 2013)

Env Txt Img

ARDNŞ-də karyeranın idarə edilməsi dedikdə müəssisənin və işçinin inkişafına xidmət edən, işçinin xidməti və fərdi keyfiyyət göstəricilərinə uyğun olaraq xidməti irəliləyiş sisteminin planlaşdırılması və həyata keçirilməsi üzrə kompleks tədbirlər başa düşülür.

03.09.2013-cü il tarixində ARDNŞ rəhbərliyinin iştirakı ilə sistemin pilot layihəsinin tətbiqinin nəticələri ilə bağlı keçirilmiş təqdimatda ARDNŞ prezidenti sistemin ARDNŞ-nin strukturunda yer alan digər müəssisələrində (təşkilatlarında) tətbiqinə göstəriş vermişdir. Bununla bağlı olaraq 09.09.2013-cü il tarixindən etibarən Heydər Əliyev Adına Bakı Neft Emalı Zavodu, “Azərikimya” İstehsalat Birliyi, “Azərneftyağ” Neft Emalı Zavodu, Qaz Emalı Zavodu, Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi, Təlim Tədris və Sertifikatlaşdırma idarəsi, “Neftqazelmitətqiqatlayihə” İnstitutunuda sistemin tətbiqinə start verilmişdir.

Layihə çərçivəsində artıq aşağıdakı işlər yekunlaşdırılmışdır:
* Sistemin tətbiqi üçün SAP BRP sistemi ilə inteqrasiya edilmiş yeni proqram təminatı hazırlanmışdır;
* Ümumiyyətlə sistem haqqında məlumat vermək və proqram təminatından istifadəni rahatlaşdırmaq məqsədilə “yaddaş kitabçası” hazırlanaraq işçilərə təqdim edilmişdir;
* Mövcud olan bütün vəzifələr üzrə əmək funksiyaları SAP-BRP sisteminə daxil edilmişdir;
* Mövcud olan bütün vəzifələr oxşar fəaliyyət sahələri üzrə qruplaşdırılmışdır;
* Mövcud olan bütün vəzifələr üzrə staj tələbləri işlənərək SAP BRP sisteminə yüklənilmişdir;
* SAP BRP sistemində işçilərin şəxsi məlumatları, təhsil məlumatları, əmək fəaliyyəti (staj) məlumatları və digər zəruri olan məlumatların tamlığı və düzgünlüyü təmin edilmişdir;
* İşçilərin təhsil istiqamətləri fəaliyyət sahələri üzrə qruplaşdırılaraq SAP BRP sisteminə yüklənilmişdir;
* Müəssisə və təşkilatların Kadrlar şöbələrinin rəisləri və əməkdaşlarına hər birinə sistemin tətbiqi ilə bağlı İRD-nin inzibati binasında marifləndirici təlimlər (2 günlük) keçirilmişdir;
* Müəssisələr üzrə 700-dən çox struktur bölmənin rəhbərinə müəssisələrin (təşkilatların) inzibati binasında 27 çağrışda marifləndirici təlimlər təşkil edilərək sistemdən istifadə qaydaları visual olaraq göstərilmiş və sistemin gözlənilən nəticəsi ilə bağlı ətraflı məlumat verilmişdir.

Karyeranın idarə edilməsi sisteminin növbəti mərhələsi olan xidməti fəaliyyətin qiymətləndirilməsi və karyera hədəflərinin seçilməsi mərhələsi 2 dekabr 2013-cü il tarixindən 27 dekabr 2013-cü il tarixinədək İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ PORTALI vasitəsilə həyata keçiriləcəkdir.

Sistemin tətbiqinin yekununda işçilərin təlim ehtiyacları müəyyənləşəcək, vəzifələr üzrə ehtiyat kadrların bazası formalaşacaq, növbəti əməyin ödənilməsi dərəcəsinin alınması təklifi verilən və adaptasiya proqramı üzrə rəhbər işçilər müəyyənləşəcəkdir. Qeyd: ARDNŞ-də İnsan Resurslarının idarə edilməsi portalına internətə çıxışı olan istənilən fərdi komputerdən istifadə edərək daxil ola bilərsiniz.


ətraflı oxu +