Testləşdirmə

Test imtahan qaydaları


İŞƏ QƏBUL

Test tapşırıqlarının strukturu


➣ Qulluqçu (rəhbər işçi, mütəxəssis və texniki icraçı) kateqoriyalı vakansiyalar üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsi 4 blokda 40 sualdan ibarətdir.
1.İxtisas sualları (vakansiya üzrə tələb olunan ixtisas sahəsi)
2.Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə suallar.
3.Azərbaycan və SOCAR-ın fəaliyyəti haqqında suallar.
4.Komputer biliklərinin yoxlanması üzrə suallar.
Sualların cavablandırılmasına ayrılan vaxt 60 dəqiqədir.
➣ Fəhlə kateqoriyalı vakansiyalar üzrə keçirilən müsabiqənin test imtahanı mərhələsi isə 2 blokda 20 sualdan ibarətdir.
1.İxtisas sualları. (vakansiya üzrə müvafiq peşə sahəsində biliklərin yoxlanılması üzrə)
2.Azərbaycan tarixi və SOCAR-ın fəaliyyəti haqqında suallar.
Sualların cavablandırılmasına ayrılan vaxt 40 dəqiqədir.

İŞÇİLƏRİN PEŞƏKARLIQ SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Test tapşırıqlarının strukturu


➣ İşçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün keçirilən müsabiqənin test imtahan mərhələsi 40 sualdan ibarətdir.
1. İxtisas sualları (vakansiya üzrə tələb olunan ixtisas sahəsi)
2. Komputer və ya ƏMTT üzrə test tapşırıqları
Sualların cavablandırılmasına ayrılan vaxt 60 dəqiqədir.

XİDMƏTİ FƏALİYYƏTİN QİYMƏTLƏNDİRİLMƏSİ

Test tapşırıqlarının strukturu


➣ Xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə keçirilən müsabiqənin test imtahan mərhələsi 100 sualdan ibarətdir.
1. İxtisas sualları (vakansiya üzrə tələb olunan ixtisas sahəsi)
2. Məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqları
3. Komputer bilikləri üzrə suallar
4, ƏMTT üzrə test tapşırıqları
Sualların cavablandırılmasına ayrılan vaxt 150 dəqiqədir.

YAY MƏKTƏBLƏRİNƏ NAMİZƏDLƏRİN SEÇİLMƏSİ

Test tapşırıqlarının strukturu


➣ Yay məktəbi üzrə keçirilən müsabiqənin test imtahan mərhələsi Məntiqi təfəkkürün yoxlanılması üzrə təqdim edilən 40 test tapşırığından ibarətdir.
Sualların cavablandırılmasına ayrılan vaxt 60 dəqiqədir.

YAY DÜŞƏRGƏLƏRİNƏ ŞAGİRDLƏRİN SEÇİLMƏSİ

Məktəblilər üçün Yay düşərgəsi üzrə müsabiqənin test imtahan sualları Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunan tədris proqramına uyğun olaraq hazırlanır.
Test imtahanında məktəblilərə tədris olunan fənlər üzrə 35 ədəd test tapşırığı təqdim olunur. Sualların cavablandırılmasına ayrılan vaxt 90 dəqiqədir.

TƏLİM MƏRKƏZİNƏ ŞAGİRD QƏBULU

Test tapşırıqlarının strukturu Təlim Mərkəzlərinə Şagird Qəbulu üzrə keçirilən müsabiqənin test imtahan mərhələsi 50 sualdan ibarətdir.

1. “Riyaziyyat” fənni üzrə - 20 test tapşırığı;

2. “Fizika” fənni üzrə - 10 test tapşırığı;

3. “Kimya” fənni üzrə - 10 test tapşırığı;

4. “Milli dövlətçilik və Azərbaycan tarixi” üzrə – 5 test tapşırığı;

5. “Məntiq” üzrə - 5 test tapşırığı.

İmtahan prosesində test tapşırıqlarının cavablandırılmasına 75 dəqiqə vaxt ayrılır.

ÖDƏNİŞLİ YAY TƏCRÜBƏSİ

Ödənişli yay təcrübəsi üzrə keçirilən müsabiqənin test imtahan mərhələsi Məntiqi təfəkkürün yoxlanılması üzrə təqdim edilən 40 test tapşırığından ibarətdir.
Sualların cavablandırılmasına ayrılan vaxt 60 dəqiqədir.