FƏALİYYƏT

Dəmir yolu daşımaları

Dəmir yolu daşımaları
Prev Next

Dəmir yolu daşımaları

ARDNŞ dəmir yolu vasitəsilə neft məhsullarının ixracının əksər həcmini həyata keçirir.

Env Txt Img

Neft məhsulları Güzdək və Əhmədli yükləmə stansiyalarından sisternlərə yüklənərək dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə nəql olunur. Yüklənilən neft məhsullarının bir hissəsi Gürcüstanın daxili bazarında istehlak üçün təchiz olunur, digər hissəsi isə Kulevi terminalından tankerlərə yüklənərək dünya bazarına ixrac olunur. Güzdək yükləmə stansiyasından L-62 (D-01) markalı dizel yanacağı və reaktiv mühərriklər üçün TS-1 markalı yanacağı, Əhmədli yükləmə stansiyasından isə A-92 markalı avtomobil benzini və mazut yüklənir.


Bundan əlavə, Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Qazaxıstan mənşəli xam neft və Türkmənistan mənşəli neft məhsulları tranzitlə Gürcüstanın Batumi, Poti və Kulevi limanları vasitəsilə dünya bazarına ixrac olunur.

ətraflı oxu +