NƏQL

ətraflı bilgi üçün kəmərə toxun

+ ətraflı məlumat üçün daxil ol

Xəzər dənizi

RUSİYA

GÜRCÜSTAN

AZƏRBAYCAN

TÜRKİYƏ

Bakı

Tbilisi

Kulevi+ Dübəndi +

Kulevi Terminalı

Kulevi Terminalı
Kulevi neft terminalı SOCAR-ın Gürcüstandakı ilk və ən mühüm investisiyalarından biridir Kulevi terminalı neft və neft məhsullarının tranziti üşün nəzərdə tutulmuşdur – dəmiryolu və gəmilər vasitəsilə nəql olunan məhsullar burada boşaldılır, rezervuarlarda saxlanılır və gəmilərə yüklənir. Şirkət yüksək səviyyəli xidmət göstərir və bütün qayda-qanunlara riayət edərək, beynəlxalq bazarın tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. Burada əməliyyatlara 2008-ci il mayın 16-da başlamışdır.

Yüklərin boşaldılması 4 xətli körpulərdə həyata keçirilir ki, bu da eyni zamanda 168 dəmiryolu çən-vaqonun boşaldılmasına imkan verir. Terminal vasitəsilə nəql olunan çoxsaylı məhsullar arasında xam neft, maye yanacaq,dizel yanacağı, qazoyl, metanol, aviasiya kerosini, BBF – butan-butilen fraksiyası, propilen, maye piroliz qətranı, nafta, ULSD – ultra az kükürdlü dizel yanacağı, izopropil spirit, texniki yağ, qaz-kondensat şəkilli karbohidrogenlər vardır. Terminalda 3 lövbəratma dayanacağı var Onlardan ikisi gəmilərin yüklənməsinə, digəri isə əlavə nəqliyyat vasitələrinə xidmət edir. Terminal yük tutumu 105,000 tona qədər olan Aframax tipli tankerləri qəbul etməyə qadirdir. Terminal saatda 7-8 min kubmetr gücü olan 6 nasos stansiyası ilə təchiz olunmuşdur.
Bu 11 saata 100 000 ton yükləməyə imkan verir.
Nasos stansiyalarında bütün əməliyyatlar SCADA avtomat sistemi ilə mərkəzdən idarə olunur.
2012-ci ildə Kulevi terminalı maye qazların tranzitinə başlamışdır.
2016-cı ildə terminalda iki əlavə çən parkı istifadəyə verilmişdir.
6 saylı park ümumi tutumu 70, 000 kubmetr olan 6 rezervuradan ibarətdir.
Qazolin, nafta, karbohidregen kondensatı, dizel yanacağı, aviasiya kerosini kimi müxtəlif məhsulalrın qəbulu, saxlanması və yüklənməsi üçün tikilən obyektlər Xəzər regionunun neft məhsullarının idxalı və ixracı üçün nəzərdə tutulmuşdur.
Obyektlərin dövriyyəsi ildə 1, 500, 000 ton neft və neft məhsuluna bərabərdir.
6 saylı park ümumi tutumu 12, 000 kubmetr olan 5 rezervuardan ibarətdir – 3000 kubmetrlik iki, 2000 kubmetrlik üç rezervuar.
Bu park maye piroliz qətranı, izopropil spirti və texniki yağın saxlanması üçün nəzərdə tutulmuşdur.
Qatı yanacağın boşaldılması zamanı texnoloji proseslərin təkmilləşdirilməsi və terminalın istilik tutumunun artırılması məqsədilə şirkət saatda 3x16 ton buxar tutumuna və istilik paylama şəbəkəsinə malik olan yeni qazanxana tikmişdir.
Qazanxana sisteminin seçilməsi və alınması zamanı Avropa standartlarına əməl olunmuşdur.
Sistem tam avtomatlaşdırılmışdır, əməliyyatların effektiv və müvafiq şəkildə aparılmasına imkan verir.
Yeni qazanxana qatı yanacaqların nəqli üçün effektiv şərait yaradır.
Prinsiplərə əməl etmək və nəzərdə tutulan məqsədlərə çatmaq üçün şirkət beynəlxalq standartlara uyğun İnteqrasiya olunmuş İdarəetmə Sistemi yaratmışdır və onu daim təkmilləşdirir.
“The Black Sea LLC” idarəetmə sistemi fəaliyyətə başladıqdan 6 ay sonra hər üç standart - ISO 9001, ISO 14001 and OHSAS 18001 - üzrə UKAS Accredited Certification Body – Moody International LLC-dən sertifikat almışdır.
.
ətraflı oxu +