NƏQL
ətraflı bilgi üçün kəmərə toxun
+ ətraflı məlumat üçün daxil ol
Bakı-Supsa QİBK

Uzunluğu 833 kilometr olan QİBK Səngəçal terminalından başlayaraq Gürcüstan sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 mm olan kəmər 1997-1998-ci illər ərzində tikilmişdir. Bu xətt üzrə boruların doldurulmasına 1998-ci ilin dekabrında başlanmış və 1999-cu ilin martına qədər davam etmişdir. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənmişdir.
QİBK obyektlərinə 3-ü Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 6 nasos stansiyası, 2 təzyiqazaltma stansiyası (hər ikisi Gürcüstandadır), 1 ərzinburaxma stansiyası (Azərbaycanda) aiddir. QİBK Supsada 4 rezervuara malikdir. Rezervuarların ümumi həcmi 1 milyon bareldir.
Kəmərin gəmiyükləmə qabiliyyəti 600 000 bareldən 1 milyon barelə qədərdir.
ətraflı oxu +