FƏALİYYƏT

"SOCAR Trading"

"SOCAR Trading"
Prev Next

"SOCAR Trading"

Qərargahı Cenevrədə yerləşən "SOCAR Trading" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hasil etdiyi xam neft həcmlərinin Ceyhan limanından satışını, üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir, eyni zamanda, logistika, emal və satış sahələrinə beynəlxalq sərmayə yatırımı kimi məsələlərdə ARDNŞ-yə yardım göstərir.

Env Txt Img

2008-ci ilin aprelində fəaliyyətə başlayan şirkət ARDNŞ-nin hasil etdiyi neftin Avropa, Asiya və Amerika istehlakçılarına müvəffəqiyyətlə çatdırılmasını təmin edir.


"SOCAR Trading" neft logistika əməliyyatlarına sərmayə qoyuluşu, üçüncü tərəflərin xam neft və neft məhsulları və emal əməliyyatlarında iştirakla bağlı böyük uğurlara imza atmışdır. Qeyd edilməlidir ki, üçüncü tərəf əməliyyatlarının həyata keçirilməsi "SOCAR Trading"in fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil edir.

"SOCAR Trading"in Cenevrə, Bakı, Sinqapur, Vyetnam, Dubay və Laqosda ofisləri fəaliyyət göstərir. Nyu-York, Qahirə və İstanbulda ofislərin açılması planlaşdırılıb.

Əsas fəaliyyəti marketinq və satış olmaqla bərabər, "SOCAR Trading" ARDNŞ-nin beynəlxalq aktivlərinin genişlənməsi işində də yardım göstərir. Şirkət 2010-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Fucayra limanında 645 000 m3-lik neft məhsulları terminalının inşasına sərmayə yatırımına başlamışdır.


Prezident: Valeri Qolovuşkin
Ünvan:  Rue de Villereuse 22
PO Box: 3526
1211 Cenevrə 3 – İsveçrə
Tel: +41 22 562 0000
Faks: +41 22 562 0099

ətraflı oxu +