FƏALİYYƏT

"SOCAR Petroleum"

"SOCAR Petroleum"

"SOCAR Petroleum"

"SOCAR Petroleum"

"SOCAR Petroleum"

"SOCAR Petroleum"
Prev Next

"SOCAR Petroleum"

"SOCAR Petroleum" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısını təşkil edir, çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətini həyata keçirir.

Env Txt Img

Qurum "SOCAR" brendi ilə kommersiya fəaliyyətinə başlamışdır."SOCAR Petroleum" QSC elm və texnikanın ən son nailiyyətlərini özündə əks etdirən müvafiq xidmət sahələri ilə kompleksləşdirilmiş, müasir tələblərə cavab verən layihələr əsasında yanacaqdoldurma məntəqələri inşa etdirir və onları istismar edir.


QSC Azərbaycan Respublikasının hüdudları daxilində inkişaf etməkdə olan nəqliyyat infrastrukturuna günün tələbi səviyyəsində hərtərəfli xidmət göstərmək, YDM şəbəkəsinin əhatə dairəsini genişləndirmək və bu sahəni inkişaf etdirmək üçün irihəcmli sərmayə qoyuluşları həyata keçirməyi planlaşdırır.

"SOCAR Petroleum" QSC-nin başlıca məqsədi öz fəaliyyətində yüksək keyfiyyətli xidməti təmin edən mütərəqqi texnologiya işləmələrinin tətbiqinə böyük sərmayələr yatırmaqla əhaliyə Avro-2 standartının tələblərinə uyğun neft məhsullarının satışını təşkil və təmin etməkdir.

Hal-hazırda ölkə ərazisində "SOCAR Petroleum" QSC-nin aşağıdakı YDM-ləri fəaliyyət göstərir:

• 1 saylı YDM - Bakı şəhəri, Suraxanı r-nu, Yeni Suraxanı Qəsəbəsi, Bakı-Aeroport yolu, 7-ci km, 1
• 2 saylı YDM - Bakı-Aeroport yolunun sağ tərəfində, Sabunçu dairəsi yaxınlığında
• 3 saylı YDM - Bakı-Aeroport yolunun sağ tərəfində, Qala döngəsi yaxınlığında
• 4 saylı YDM - Aeroport-Bakı yeni salınmış beton yolunun sağ tərəfində
• 5 saylı YDM - Zığ şossesi, Gənclik parkı yanında
• 6 saylı YDM - Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu, 25 km, Bina 31 (Bibiheybət məscidindən şəhər istiqamətində yeni çəkilmiş yolun sağ tərəfində)
• 7 saylı YDM - Bakı-Salyan şossesinin 70-ci km-i, Haciqabul-Astara yolayrıcı, yolun sağ tərəfində
• 8 saylı YDM - Bakı-Salyan şossesinin 70-ci km-i, Haciqabul-Astara yolayrıcı, yolun sol tərəfində
• 9 saylı YDM - Bakı-Salyan şossesinin 14-cü km-i, Lökbatan qəsəbəsi yaxınlığında, yolun sağ tərəfində
• 10 saylı YDM - Bakı-Quba yolunun sağ tərəfində, Ceyranbatan qəsəbəsi yaxınlığında
• 11 saylı YDM - Bakı-Quba yolunun sol tərəfində, Ceyranbatan qəsəbəsi yaxınlığında


Baş direktor: Seyidov Toğrul Cavad oğlu
Ünvan: AZ1001, Bakı şəhəri, İstiqlaliyyət küç, 31
Tel: (+99412) 437 10 67
Faks: (+99412) 437 10 68
Email: office@socar-petroleum.az
www.socar-petroleum.az
www.s-p.az

ətraflı oxu +