FƏALİYYƏT

"SOCAR Georgia Petroleum” MMC

"SOCAR Georgia Petroleum” MMC
Prev Next

"SOCAR Georgia Petroleum” MMC

"SOCAR Georgia Petroleum" MMC-nin əsas fəaliyyət istiqamətləri Gürcüstan bazarına neft məhsulların idxalı (benzin, dizel, aviasiya yanacağı, LPG, bitum, mazut, yağlar), həmçinin neft məhsullarının topdan və parakəndə satışı, SOCAR brendi altında müasir standartlara cavab verən yanacaqdoldurma məntəqələrinin və neft bazalarının tikintisindən ibarətdir.

Env Txt Img

Hazırda "SOCAR Georgia Petroleum" MMC-nin tabeçiliyində olan yanacaqdoldurma məntəqələrinin sayı 70-i keçmişdir. 2011-ci ilin sonunadək YDM-lərin sayı 100-ə çatdırılacaqdır.


Bu günədək MMC-nin ümumi investisiyalarının həcmi 90 milyon ABŞ dolları təşkil etmişdir. Cari ilin sonunadək əlavə 25 milyon ABŞ dolları həcmində sərmayənin qoyulması nəzərdə tutulur.

2011-ci ildə "SOCAR Georgia Petroleum" MMC Almaniyanın Berlin şəhərində «Keyfiyyət və Biznes Prestij» adlı mükafata layiq görülmüşdür. Həmin il "SOCAR Georgia Petroleum" MMC-yə keyfiyyətin təşkili üzrə ISO-9001:2008 sertifikatı təqdim olunmuşdur. Bundan əlavə, "SOCAR Georgia Petroleum" MMC fəaliyyət dövrü ərzində bir sıra mükafatlara layiq görülmüşdür: 2010-cu ildə "Gürcüstana ən böyük sərmayə yatıran şirkət", "Müasir YDM şəbəkəsi", "Xeyriyyəçi şirkət", 2007-ci ildən başlayaraq isə hər il "İlin ən iri vergi ödəyici şirkəti» adlarına layiq görülmüşdür.


Direktor: David Zubitaşvili
Ünvan: Gürcüstan, Tbilisi şəhəri, Burdzqala küçəsi, 56.
Tel: (+995 32) 243 97 57
Faks: (+995 32) 243 97 67
Email: info@socar.ge; info@sgp.ge

ətraflı oxu +