FƏALİYYƏT

"SOCAR Georgia Gas" MMC

"SOCAR Georgia Gas" MMC
Prev Next

"SOCAR Georgia Gas" MMC

"SOCAR Georgia Gas" MMC 2007-ci ildə təsis edilmişdir. Qurumun əsas fəaliyyət istiqamətləri Gürcüstan bazarına təbii qazın idxalı və satışından, həmçinin qaz boru kəmərlərinin tikintisi və reabilitasiyasından ibarətdir.

Env Txt Img

Hazırda "SOCAR Georgia Gas" MMC-nin tərkibində 19 funksional xidmət fəaliyyət göstərir. Bundan əlavə, "SOCAR Georgia Gas" MMC Gürcüstanın bir sıra bölgələrində 6 distribyutor şirkəti təsis etmişdir. "SOCAR Georgia Gas" MMC-nin fəaliyyət dövrü ərzində ümumi investisiyaların həçmi 77 milyon ABŞ dolları təşkil etmişdir (qaz boru kəmərlərinin tikintisi, reabilitasiyası və layihələndirmə işləri). Əlavə olaraq 30 milyon ABŞ dolları həcmində investisiyaların qoyuluşu nəzərdə tutulur (3 illik proqrama əsasən).


"SOCAR Georgia Gas" MMC tərəfindən qəbul edilmiş 3 illik proqrama əsasən, 2009-2010-cu illər ərzində 880 km yeni qaz boru kəmərləri inşa edilmiş, 86 min yeni abonentin təbii qazla təmin edilməsi həyata keçirilmişdir. Bütövlükdə, həmin proqrama əsasən, "SOCAR Georgia Gas" MMC tərəfindən 2000 km-dən artıq qaz boru kəmərlərinin inşası, 150 min yeni abonentin qazla təmin edilməsi nəzərdə tutulmuşdur.

2010-cu ildə "SOCAR Georgia Gas" MMC-yə təbii qazın idxalı, satışı və qaz boru kəmərlərinin keyfiyyətli inşasının həyata keçirilməsinə görə ISO-9001:2008 beynəlxalq sertifikatı təqdim olunmuşdur. Həmin il "SOCAR Georgia Gas" MMC Gürcüstan Prezidentinin «Bütün kəndlərin qazlaşdırılması» adlı Proqramında aktiv iştirakına görə "İlin ən yaxşı şirkəti" adına layiq görülmüşdür.


Direktor: Anar Məmmədov
Ünvan: Gürcüstan, Tbilisi şəhəri, Burdzqala küçəsi, bina 56
Telefon: (+995 32) 243 78 81
Faks: (+995 32) 243 92 61
Email: info@socar.ge

ətraflı oxu +