FƏALİYYƏT

Cənub‐Qərbi "Qobustanın" 3 bloku

Cənub‐Qərbi "Qobustanın" 3 bloku
Prev Next

Cənub‐Qərbi "Qobustanın" 3 bloku

Azərbaycan Respublikası Cənub-Qərbi Qobustanın Şıxzəgirli, Şeytanud, Bürgüd, Donquzluq, Nardaran, İlxıçı, Qərbi Hacıvəli, Sündi, Şərqi Hacıvəli, Turağay, Kənizədağ, Qərbi Duvannı, Duvannı, Solaxay və Daşgil yataqlarının daxil olduğu üç blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş

Env Txt Img

Duvannı, Solaxay və Daşgil yataqlarının daxil olduğu üç blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş


Azərbaycan Respublikası Cənub-Qərbi Qobustanın Şıxzəgirli, Şeytanud, Bürgüd, Donquzluq, Nardaran, İlxıçı, Qərbi Hacıvəli, Sündi, Şərqi Hacıvəli, Turağay, Kənizədağ, Qərbi Duvannı, Duvannı, Solaxay və Daşgil yataqlarının daxil olduğu üç blokun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş 1998-ci ilin iyunun 2-də imzalanmış və müvafiq olaraq, 1998-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Parlamenti tərəfindən ratifikasiya edilmişdir. Saziş 25 il müddətinə imzalanmışdır.

Cənub-Qərbi Qobustan Saziş ərazisi 13 strukturdan (Duvannı, Daşgil, Kənizədağ, Solaxay, Toraqay, Hacıvəli, İlxıçı, Nardaran-Axtarma, Sündi, Donquzduq, Şıxzagirli, Şeytanud və Bürgüd) ibarət olan 3 bloka (A şimal bloku, B mərkəzi bloku və C sahilyanı bloku) bölünür. Saziş ərazisinin ümumi sahəsi 600 km2 təşkil edir. İstismarda olan Duvannı, Daşgil və Kənizədağ yataqlarının daxil olduğu sahilyanı blok (sahəsi 351 km2) Bakıdan 90 km cənub-qərbdə yerləşir. Mərkəzi blok (sahəsi 146 km2) sahilyanı blokdan 30 km şimal-qərbdə yerləşir. Şimal bloku isə (sahəsi 113 km2) Böyük Qafqaz dağlarının cənub ətəklərindən keçən Sumqayıt-Şamaxı yolunun üstündədir. Şərqi Hacıvəli yatağında əsas işlənmə obyekti kimi Maykop və Çökrak lay dəstələri, Daşğil yatağında isə Məhsuldar Qatın üst şöbəsi neftli-qazlıdır.

01 yanvar 2011-ci ilə toplanmış neft hasilatı Daşgil yatağı üzrə 333 min ton, Duvannı yatağı üzrə 18 min ton, Şərqi Hacıvəli üzrə 45 min ton olmuşdur. Şərqi Hacıvəli yatağı üçün bir quyuya duşən orta gündəlik neft hasilatı 0,4 t təşkil edir. Sulaşma faizi 12,5 %-dir.

ətraflı oxu +