FƏALİYYƏT

"Şahdəniz"

"Şahdəniz"
Prev Next

"Şahdəniz"

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş 4 iyun 1996-cı ildə imzalanmış, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minmişdir. Saziş iştirakçılarının pay bölgüsü aşağıdakı kimidir:

Env Txt Img

• Statoyl (Norveç) – 26%
• BP (Böyük Britaniya) – 25%
• ARDNŞ – 10%
• LUKAcip (Rusiya-İtaliya) – 10%
• NİKO (İran) – 10%
• Total (Fransa) - 10%
• TPAO (Türkiyə) – 9%


"Şahdəniz" perspektiv strukturu Xəzər dənizində, Bakıdan cənub-şərqə 55 km məsafədə, dənizin dərinliyinin 50 m-dən 500 m-ə qədər olan hissəsində yerləşir. Saziş sahəsi təxminən 859,8 km2-dir. Kəşfiyyat dövrü 3 (üç) il, bu dövrdə minimum 2 (iki) kəşfiyyat quyusu, əlavə kəşfiyyat müddəti ərzində daha 1 kəşfiyyat quyusunun qazılması nəzərdə tutulurdu. Sazişə görə işlənmə müddəti 30 ildir, bu müddət daha 5 il artırıla bilər. İşləri həyata keçirmək üçün bp Eksploreyşn ("Şahdəniz") Ltd. şirkəti yaradılmışdır. Əsas işlənilmə obyektləri 5000-6500 m dərinlikdə yatan Balaxanı VIII, X və «Fasilə» lay dəstəsindən ibarətdir.

ətraflı oxu +