FƏALİYYƏT

"Pirsəhhət"

"Pirsəhhət"
Prev Next

"Pirsəhhət"

Azərbaycan Respublikasında "Pirsəhhət" neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş. "Pirsəhhət" neft yatağı Xəzər dənizinin sahilində, Bakıdan 76 km cənub-qərbdə, Ələt dəmir yol stansiyasından 10 km kənarda yerləşir. İşlənmə ərazisi 38 km2-dir.

Env Txt Img

"Azərbaycan Respublikasında "Pirsəhhət" neft yatağı və ona bitişik sahələr daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş 2003-cü il iyunun 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Şenqli Oylfild Şenq Da Qrup Kompani" və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında bağlanmışdır. Saziş 29 dekabr 2003-cü ildə qüvvəyə minmişdir.


Yataqda ilk geoloji kəşfiyyat işləri 1927-ci ildə aparılıb. Sənaye əhəmiyyətli ilk neft 1936-cı ildə alınıb. İşlənmənin ilk dövrlərində yataq Salyan NQÇİ-nin balansında olub. 1975-ci ildə "Qaradağ" NQÇİ-nin (Əmirov adına NQÇİ) balansına verilib. 15 aprel 2004-cü ildən "Azərbaycan Şenqli Neft Şirkəti"nə verilib. "Pirsəhhət" yatağında 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 506 min ton olmuşdur

ətraflı oxu +