FƏALİYYƏT

"Neftçala"

"Neftçala"
Prev Next

"Neftçala"

"Azərbaycan Respublikasında "Neftçala", "Dürovdağ-Babazənən" neft yataqlarının, həmçinin "Muğan" monoklinalının cənub-qərb yamacının daxil olduğu blokun bərpası, işlənilməsi və hasilatın pay bölgüsü haqqında" Saziş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Global Energy" Azərbaycan şirkəti və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanmışdır. Operator qismində "Neftechala Operating Company" fəaliyyət göstərir.

Env Txt Img

Saziş 5 oktyabr 2009-cu il tarixində qüvvəyə minmişdir. Saziş sahəsi 2707,7 km2 təşkil edir.


Neft-qaz əməliyyatları "Neftçala", "Xıllı", "Dürovdağ" yataqlarında həyata keçirilir. Bundan əlavə, kontrakt sahəsinə "Babazanan", "Azadkənd", "Nəsimkənd", "Həşimxanlı", "Sərxanbəyli", "Muğanlı", "Orta Muğan" və "Şorsulu" kəşfiyyat strukturları da daxildir. Bütün kontrakt sahəsi Neftçala və Səlyan rayonlarının hüdudlarında yerləşir.

Hal-hazırda 2 neft-qaz ("Xıllı" və "Neftçala") və 1 qaz yatağı ("Dürovdağ") işlənmədədir.

"Dürovdağ" yatağı Şirvan ovalığında, Kür çayının sol tərəfində yerləşir. "Neftçala" yatağı 1931-ci ildə, "Xıllı" - 1954, "Dürovdağ" isə 1978-ci ildə sənaye işlənməsinə cəlb olunmuşdur. 1 yanvar 2011-ci ilə toplanmış hasilat "Neftçala" yatağında - 6963 min ton neft, "Xıllı" yatağında - 704 min ton neft, "Dürovdağ" yatağında isə 508 milyon m3 qaz olmuşdur.

ətraflı oxu +