FƏALİYYƏT

Muradxanlı, Cəfərli və Zərdab Neft Yataqlarının Daxil Olduğu Blok

Muradxanlı, Cəfərli və Zərdab Neft Yataqlarının Daxil Olduğu Blok
Prev Next

Muradxanlı, Cəfərli və Zərdab Neft Yataqlarının Daxil Olduğu Blok

Muradxanlı Cəfərli və Zərdab Neft Yataqlarının Daxil Olduğu Blok

Env Txt Img

Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında (“Saziş”) “Zenit Aran Oil Company” (“Zenit”), SOCAR-ın Ortaq Neft Şirkəti (“ONŞ”) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında, 16 mart 2016-cı il tarixində imzalanıb və 11 Avgust 2016-cı il tarixindən qüvvəyə minmişdir. İştirak payları: ONŞ – 20%; Zenit – 80%.

Saziş sahəsi 642, 4 km2 təşkil edir Neft əməliyyatları “Muradxanlı’’, “Cəfərli’’ və ‘’Zərdab’’ yataqlarında həyata keçirilir. Kontrakt sahəsi, Azərbaycan Respublikasının İmişli və Zərdab rayonlarının hüdudlarında yerləşir. Hal-hazırda neft yataqların hər biri işlənmədədir.
Muradkhanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir.
Gömülmüş Muradxanlı qalxımı qravimaqnit və seysmik kəşfiyyat üsulları ilə aşkar edilmiş və 1968-ci ildə qazımaya daxil edilmişdir.
1971-ci ildə sahədə üst Təbaşirin vulkanik süxurlarından sənaye əhamiyyətli neft alınmışdır.
Cəfərli yatağı Mil düzənliyi ərazisində, Muradkhanlı yatağından 7 km cənub-şərqdə yerləşir.
Yatağın ərazisi müasir çöküntülərlə örtülmüş yüksəkliyə (+8+14m) malik düzənlikdən ibarətdir.
Sahədə 1949-cu ildən 1982-ci ilə qədər fasilələrlə qravimetrik və seysmik kəşfiyyat işləri aparılmışdır, 1982-ci ildə struktur dərin kəşfiyyat qazımasına hazırlanmışdır.
Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 km cənub-şərqdə yerləşir.
Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülmüşdür.
Struktur 1943-cü ildə qravimaqnit kəşfiyyatla aşkar edilmiş, 1975-ci ildə ÜDN üsulu ilə qazımaya hazırlanmışdır.
.
.

ətraflı oxu +