FƏALİYYƏT

"Kürsəngi"

"Kürsəngi"
Prev Next

"Kürsəngi"

Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş.

Env Txt Img

Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən "Kürsəngi" və "Qarabağlı" yataqları müvafiq olaraq 1962-ci və 1960-ci illərdən istismar edilməyə başlamışdır. "Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 15 dekabr 1998-ci il tarixində ARDNŞ, "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətləri arasında imzalanmış, 22 aprel 1999-cu il tarixində qüvvəyə minmişdir. "Kürsəngi" və "Qarabağlı" neft yataqlarında işləri həyata keçirmək üçün "Salyan Oil" Ltd. əməliyyat şirkəti yaradılmışdır. 2002-ci ilin mart ayından "Frontera Resorses" və "Delta/Hess" Ltd. şirkətlərinin saziş paylarını Çin Milli Neft Korporasiyası (CNODC) almışdır. Saziş sahəsi 450 km2-dır.


İşlənmə dövründə yataqlarda 808 quyu qazılmışdır ki, bunlardan 494 quyu "Kürsəngi", 314 quyu "Qarabağlı" yataqlarında yerləşir. 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı "Kürsəngi" yatağı üzrə 11 487 min ton, "Qarabağlı" yatağı üzrə isə 6 515 min ton olmuşdur.

ətraflı oxu +