FƏALİYYƏT

"Kürovdağ"

"Kürovdağ"
Prev Next

"Kürovdağ"

Azərbaycan Respublikasında "Kürovdağ" neft yatağının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş.

Env Txt Img

"Kürovdağ" yatağı Bakı şəhərindən 120 km cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1 sentyabr 1997-ci ildən müştərək müəssisə ("ŞirvanOYL"), 5 oktyabr 2009-cu ildən isə əməliyyat şirkəti ("Şirvan Opereytinq Compani Limited") tərəfindən istismar edilir.


Saziş sahəsi 115 km2 təşkil edir. İstismar başlayandan 1 aprel 2011-ci ilə kimi yataqda 1153 quyu qazılmışdır.

Yatağın mərkəzi hissəsi çoxlu palçıq vulkanları ilə mürəkkəbləşmişdir ki, bu vulkanlar vasitəsilə yer səthinə qaz və neft təzahürü qeyd olunur. "Kürovdağ" neft yatağını aşkar edən ilk mərkəzi sahənin 2 saylı kəşfiyyat quyusu 18 iyun 1955-ci ildə Məhsuldar Qatın I horizontundan 31 ton neftlə istismara daxil edilmişdir. Bundan sonra mərkəzi hissədə intensiv surətdə istismar quyularının qazılmasına başlanmışdır.

Sonradan yatağın şimal-qərb və cənub-şərq hissələrinin neftliliyi aşkar edilmişdir. "Kürovdağ" yatağında 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 39,3 milyon ton olmuşdur.

ətraflı oxu +