FƏALİYYƏT

"Binəqədi"

"Binəqədi"
Prev Next

"Binəqədi"

Azərbaycan Respublikasında "Binəqədi", "Qırməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmai", "Şabandağ" və "Sianşor" neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş.

Env Txt Img

"Binəqədi" neftli-qazlı rayonu Abşeron yarımadasının şimal-qərbində yerləşir. Burada "Binəqədi", "Qırməki", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmai" (Sianşor və Məhəmmədli sahələri) neft-qaz yataqları və "Novxanı", "Digah", "Saray" və s. perspektivli kəşfiyyat sahələri yerləşir. 29 sentyabr 2004-cü ildə ARDNŞ ilə "AzEn Oyl" şirkəti arasında birgə işlənmə haqqında saziş bağlanmışdır. Saziş sahəsi 43,5 km2 təşkil edir.


"Binəqədi" yatağı 1896-cü ildən istismar olunmağa başlanmışdır. Yataq Bakı şəhərindən 9 km şimala doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 32,6 milyon ton olmuşdur.

"Sulutəpə" yatağı 1920-ci ildə işlənməyə daxil olmuşdur. Bakı şəhərindən 9 km şimal-qərbə doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 6,8 milyon ton olmuşdur.

"Çaxnaqlar" yatağı 1932-ci ildə istismara daxil olmuşdur. Bakı şəhərindən 9 km şimal-qərbə doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 7,9 milyon ton olmuşdur.

"Qırməki" yatağı 1944-cü ildə istismara daxil olmuşdur. Bakı şəhərindən 9 km şimala doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 1,1 milyon ton olmuşdur.

"Şabandağ" yatağı 1908-ci ildə istismara daxil olmuşdur. Bakı şəhərindən 9 km şimal-qərbə doğru yerləşir. 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 1,3 milyon ton olmuşdur.

"Məhəmmədli" sahəsi 1973-ci ildə işlənməyə daxil olmuşdur. Bakı şəhərindən 13 km şimala doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 0,72 milyon ton olmuşdur.

"Masazır" yatağı 1980-cı ildə istismara daxil edilmişdir. Bakı şəhərindən 20 km şimala doğru yerləşir. Yataqda 1 yanvar 2011-ci ilə toplanmış neft hasilatı 0,212 min ton olmuşdur.

ətraflı oxu +