FƏALİYYƏT

"Azəri‐Çıraq‐Günəşli"

"Azəri‐Çıraq‐Günəşli"
Prev Next

"Azəri‐Çıraq‐Günəşli"

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş ("Əsrin müqaviləsi")

Env Txt Img

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş ("Əsrin müqaviləsi") 1994-cü ilin sentyabrın 20-də imzalanmış, həmin ilin 12 dekabr 1994-cü il tarixində qüvvəyə minmişdir. İmzalanma tarixinə Sazişdə dünyanın 6 ölkəsini təmsil edən 11 neft şirkəti iştirak edirdi.



Hazırda layihə üzrə iştirakçıların payı aşağıdakı kimidir:
• Azərbaycan (Ey Si Ci) Limited - 11,6461%
• BP Eksploreyşn (Caspian Si) Limited - 35,7828%
• Statoyl Abşeron a.s. - 8,5633%
• İNPEKS Sausvest Kaspian Si,Ltd - 10,9644%
• Türkiyə Petrolleri A.O. - 6,75%
• Ekson Azərbaycan Limited - Ekson Моbil - 8,0006%
• İTOÇU Oyl Eksploreyşn (Azərbaycan) Limited - 4,2986%
• Chevron TEksa co - 11,2729%
• Amerada Hess - 2,7213%

Sazişin işləmə müddəti 30 ildir. Saziş üzrə işləri yerinə yetirmək üçün 12 fevral 1995-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılmışdır. 1995-ci ilin oktyabrında ilkin neft layihəsinə sanksiya verilmişdir. Bu sazişin imzalanması Azərbaycan neft sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur.

Saziş sahəsi təxminən 432,4 km2-dir və Bakıdan şərqə doğru 110-130 km məsafədə, dənizin dərinliyi təxminən 160-420 m olan hissəsində yerləşir. Əsas işlənilmə obyektləri 2000-3500 m dərinlikdə yatan Balaxanı VIII, X və «Fasilə» lay dəstəsindən ibarətdir.

ətraflı oxu +