FƏALİYYƏT

"Petkim"

"Petkim"

"Petkim"

"Petkim"

"Petkim"

"Petkim"
Prev Next

"Petkim"

3 aprel 1965-ci il tarixində başda Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) olmaqla təsis edilən "Petkim" fəaliyyətə 1970-ci ildə Kocaelidəki Yarımca Kompleksinə daxil olan 5 zavodun qurulması ilə başlamışdır.

Env Txt Img

Daha sonra qurumun digər müəssisələri də işə salınmışdır. "Petkim"in ən müasir texnologiyalarla təchiz edilmiş və optimal istehsal güclərinə malik ikinci kompleksi 1985-ci ildə İzmirin Əliağa bölgəsində fəaliyyətə başlamışdır.


30 may 2008-ci il tarixində keçirilmiş hərracda "Petkim Petrokimya Holdinq" A.Ş.-nin səhmlərinin 51%-i 2 milyard 40 milyon dollara SOCAR&Turcas Enerji A.Ş. tərəfindən əldə edilmişdir. Hazırda "Petkim"in nəzdində aşağı sıxlıqlı polietilen, yüksək sıxlıqlı polietilen, polipropilen, polivinil xlorid, akrilonitril, etilen qlikol, saflaşdırılmış turşu, aromatik karbohidrogenlər, etilen-propilen, xlor qələvi, vinil xlorid monomer, plastik işlər və ftal anhidridi fabrikləri fəaliyyət göstərir. Türkiyə sanayesini xammalla təchiz edən "Petkim"in istehsal etdiyi neft-kimya məhsulları inşaat, kənd təsərrüfatı, elektrik enerjisi, elektron, tekstil sənayesində, eyni zamanda əczaçılıq, boya, yuyucu məhsullar, kosmetika məhsulları istehsalı və digər sahələrdə geniş istifadə olunur.

2010-ci ildə "Petkim Petrokimya Holdinq" A.Ş. istehsal, ixrac və istehsal güclərindən istifadə faizinə görə 46 illik tarixinin rekordunu vurmuşdur.

"Petkim" "İstanbul Sənaye Palatası"nın "İlk 500 böyük sənaye qurumu" sıralamasında 12-ci, Türkiyə İxracatçılar Məclisinin "Ən çox ixrac edən 1000 şirkət" sıralamasında 20-ci, Egey bölgəsi Sənaye Palatası tərəfindən açıqlanan "Egeyin ən böyük 100 sənaye qurumu" və "Ən çox ixrac edən şirkətlər" sıralamasında isə 3-cü yerdə qərar tutmuşdur.

ətraflı oxu +