FƏALİYYƏT

"Azərikimya" İB

"Azərikimya" İB
Prev Next

"Azərikimya" İB

Azərbaycan Respublikası Prezidentinin "Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında" 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən, "Azərikimya" Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə verilmişdir.

Env Txt Img

Dövlət başçısının 2010-cu il aprelin 22-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə" Fərmanla ARDNŞ-nin tərkibində "Azərikimya" İstehsalat Birliyi təsis olunmuşdur.


"Azərikimya" İB-nin strukturuna "Etilen-Polietilen" zavodu, "Səthi Aktiv Maddələr" zavodu, "Üzvi Sintez" zavodu, "Mexaniki Təmir" zavodu, "Kimyalayihə" institutu, Təmir-Tikinti idarəsi, Nəqliyyat və Xüsusi Texnika idarəsi, Anbar Təsərrüfatı daxildir.

"Azərikimya" İB-in istehsal olunmuş məhsullara – propilen, polietilen, butilen-butadien fraksiyası, propilen oksidi, propilen qlikol, izopropil spirti, pirokondensat, maye xlor və qələvi aiddir. 2010-cu ildə İstehsalat Birliyində 53,5 min ton polietilen, 28,5 min ton propilen, 21,5 min ton butilen-butadien fraksiyası, 51,8 min ton pirokondensat, 10,5 min ton izopropil spirti, 3,3 min ton propilen oksid, 7,1 min ton qələvi, 2,7 min ton maye xlor istehsal olunmuşdur.

ətraflı oxu +