FƏALİYYƏT

"Ümid"

"Ümid"
Prev Next

"Ümid"

2009-cu ildə ARDNŞ Xəzərin Azərbaycan sektorunda, "Ümid" strukturunda dərin axtarış-kəşfiyyat qazmasına başlamış və 2010-cu ilin noyabrında "Ümid" nəhəng qaz-kondensat yatağını kəşf edilmişdir

Env Txt Img

Bu, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ARDNŞ-nin öz gücü ilə kəşf olunan ilk yataqdır.


"Ümid" strukturunda, dənizin dərinliyi 58 metr olan sahədə quraşdırılmış stasionar dəniz özülünün tikintisindən, dərinliyi 6006 m olan quyunun qazılmasına kimi bütün işlər ARDNŞ-nin öz gücü ilə həyata keçirilmişdir. Quyuda karotaj göstəricilərinə əsasən, məhsuldar qatın VII və V horizontlarında karbohidrogen ehtiyyatları müəyyən edilmişdir. Sonradan VII horizontdan qaz axını alınmışdır. İlkin hesablamalara görə, "Ümid" strukturunun karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. Hal-hazırda "Ümid-1" özülündən ikinci (Ümid-10) quyunun qazılmasına başlanmışdır. Bu quyunun layların yatma istiqamətində 500 m inhirafla qazılması nəzərdə tutulur. Quyunun layihə dərinliyi 6500 m, layihə horizontu məhsuldar qatın VII horizontudur (Fasilənin analoqu).

ətraflı oxu +