FƏALİYYƏT

"Abşeron"

"Abşeron"
Prev Next

"Abşeron"

"Abşeron" perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında" Saziş 27 fevral 2009-cu ildə imzalanmışdır.

Env Txt Img

Saziş Azərbaycan Respublikası Milli Məclisində ratifikasiya olunduqdan sonra, 30 iyun 2009-cu il tarixində qüvvəyə minmişdir. Podratçı tərəflər: ARDNŞ (40%) və Fransanın "Total" (40%) və "Qaz De Frans Suez" (20%) şirkətləridir.


"Abşeron" kontrakt sahəsi Bakıdan 100 km məsafədə (500 metr dərinlikdə) Xəzər dənizində yerləşir.

2011-ci ilin yanvar ayında "Abşeron" perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında" Saziş çərçivəsində ilk kəşfiyyat quyusunun qazılmasına başlanılmışdır. Qazma prosesi Heydər Əliyev adına qazma qurğusu vasitəsilə həyata keçirilir. 2011-ci ilin oktyabr-noyabr aylarında quyu üzrə qazma işlərinin tamamlanması planlaşdırılır.

ətraflı oxu +