FƏALİYYƏT

SOCAR İstiqrazları

SOCAR İstiqrazları
Prev Next

SOCAR İstiqrazları

SOCAR İstiqrazları

Env Txt Img

İSTİQRAZ NƏDİR?

İstiqraz - investisiya qiymətli kağızlarıdır.

SOCAR İSTİQRAZLARI

SOCAR istiqrazı, sahibinə istiqrazı emissiya edəndən (Emitent) əvvəlcədən müəyyən edilmiş periodlarla faiz gəlirini və istiqraz müddətinin sonunda qoyduğu ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır.

BURAXILIŞ MƏBLƏĞİ      100,000,000 (yüz milyon) ABŞ Dolları
NOMİNAL DƏYƏRİ            1000 (min) ABŞ Dolları
MÜDDƏTİ                           5 illik
FAİZİ İllik                            5%
FAİZ ÖDƏMƏ PERİODU    Hər 3 aydan bir, 3 aylıq müddətdən sonrakı ilk iş günündə

NİYƏ SOCAR İSTİQRAZLARI?


Etibarlıdır, Azərbaycanın ən böyük şirkəti və dövlət qurumu olan SOCAR tərəfindən buraxılmışdır.

Likviddir, asanlıqla pula çevrilə bilir SOCAR istiqrazlarını satın alan şəxs həmin istiqrazları istənilən vaxt SOCAR tərəfindən müəyyən edilmiş marketmeykerə sata bilər. Vətəndaşlarımız üçün 3 il vergidən azaddır və gələcəkdə tam azad edilə bilər.
SOCAR mənfəətlərinin Azərbaycan vətəndaşları ilə bölüşdürülməsini təmin edir.


İSTİQRAZ NECƏ ALINIR?

1) İnvestor (müştəri) şəxsiyyət vəsiqəsi ilə satış nöqtəsinə yaxınlaşır,

2) Şəxsiyyət vəsiqəsini operatora təqdim edir və şəxsi məlumatları bildirir,

3) Operator tərəfindən investorun şəxsi məlumatları qeyd edilir və investisiya şirkəti ilə investor arasında müqavilə bağlanılır,

4) Operator tərəfindən investora ödəniş haqqında məlumat təqdim edilir,

5) İnvestor ödəniş haqqında məlumatı bank kassasına təqdim edir və ödənişi həyata keçirir,

6) İnvestor bank tərəfindən ödənişin həyata keçməsi ilə bağlı verilən qəbzi operatora təqdim edir,

7) Operator tərəfindən investor üçün MDM hesabı açılır və abunə yazılışı ilə bağlı sifarişin həyata keçirilməsi tamamlanır,

8) Operator tərəfindən müqavilə çap edilərək investora təqdim edilir və investor tərəfindən imzalanır,

9) Bir gün sonra sifarişin qəbul edilməsi ilə bağlı MDM tərəfindən investora SMS göndərilir.


10) 10 oktyabrdan sonra emissiya prospektindəki alqoritmə əsasən yerləşdirmə həyata keçirilir,

11) Əldə olunmuş istiqraz miqdarı investora bildirilir və istiqrazlar investorun MDM-dəki hesabına köçürülür,

12) Sifariş edilmiş miqdar istiqrazların yerləşdirilməsindən sonra əldə olunan istiqraz miqdarından çox olduğu halda, artıq qalan məbləğ investorun bank hesabına köçürülür

SOCAR istiqrazları ilə bağlı daha ətraflı məlumat əldə et www.socaristiqraz.az

SOCAR istiqrazlarının emissiya prospekti ilə tanış ol Emmisiya prospekti.
.

ətraflı oxu +