ƏN SON XƏBƏR

Upper Head Image

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə 500-dən çox neftçi təxliyyə edilib

21-22 Sentyabr tarixlərində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirmişdir.
Bütün sahələrdə maarifləndirmə işləri aparılmış, açıq hava şəraitində işlər dayandırılmış, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilmişdir, zəruri sahələrdə növbətçilik təşkil olunmuşdur. Hava və dəniz nəqliyyatları vasitəsi ilə artıq 500-dən çox neftçi sahilə çıxarılmışdır.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

“Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə

Hörmətli neft sənayesi işçiləri!

Sizi ölkəmizin həyatında mühüm strateji rol oynamış “Əsrin müqaviləsi”nin 25 illiyi və peşə bayramınız olan “Neftçilər Günü” münasibətilə ürəkdən təbrik edirəm.


“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü” haqqında 1994-cü il 20 sentyabr tarixli Saziş müstəqil Azərbaycanın gələcək inkişafının başlıca mənbəyinə çevrilmiş, onun dinamik templə sonrakı davamlı yüksəlişini təmin etmişdir.

Dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanmış bu Saziş respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması idi. Müqavilə bütövlükdə regionun enerji xəritəsini köklü şəkildə dəyişərək Xəzər dənizi hövzəsində əməkdaşlığa əlverişli zəmin yaratmışdır.

Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu enerji strategiyasının ölkəmizin qısa vaxtda dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq mövqelərinin güclənməsində müstəsna əhəmiyyəti vardır.

TAM XƏBƏR ətraflı oxu

BP-nin Baş icraçı direktoru SOCAR-ın prezidentinə təbrik məktubu ünvanlayıb

BP-nin Baş icraçı direktoru cənab Bob Dadli SOCAR-ın prezidenti Rövnəq Abdullayevə “Əsrin müqaviləsi”nin 25 illiyi münasibəti ilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
Hörmətli cənab Abdullayev, .

BP və onun heyəti adından Sizi, SOCAR-ın və onun tabeliyindəki qurumların əməkdaşlarını, habelə Azərbaycanın neft-qaz sənayesində işləyən bütün işçiləri peşə bayramı və “Əsrin müqaviləsi” kimi tanınan AÇG üzrə hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasının 25-ci ildönümü münasibətilə təbrik edirəm.

Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”nin imzalandığı tarix Azərbaycanda “Neftçilər günü” kimi qeyd edilir. AÇG 100 il bundan əvvəl dünyada ilk dəfə qazma işi aparmış və qabaqcıl mövqedə olmuş Azərbaycanın neft sənayesinin böyük dirçəlişinə təkan verdi və ölkənin dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırdı. Biz müasir texnologiyalar, beynəlxalq təcrübə və digər mövcud resurslar təklif etməklə AÇG üzrə uzunmüddətli imkanların açılmasında SOCAR ilə tərəfdaşlıq etməkdən qürur duyuruq.

TAM XƏBƏR ətraflı oxu

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə nitq söylədi. Prezident İlham Əliyev əlamətdar gün münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlətimizin başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirdi. Prezident ilham Əliyev 1990-cı illərin əvvəllərində, o vaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışdı.

“Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan Prezident ilham Əliyev neftdən əldə edilən gəlirlərin ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğuladı. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirdi.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu