ƏN SON XƏBƏR

Upper Head Image

SOCAR yeni istehlak məhsulu - analitik metanolun istehsalına başladı

SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlamışdır.
Bununla da Azərbaycanın qaz kimya sənayesində ilk dəfə olaraq, son istehlak məhsullarının istehsalına start verilmişdir. Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. Hazırda “SOCAR Methanol” MMC analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanmış və ilkin satış həyata keçirilmişdir.

Əlamətdar haldır ki, “SOCAR Methanol” MMC-nin istehsal etdiyi analitik metanol məhsulu SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır.

ətraflı oxu TAM XƏBƏR
NewspaperXəbərlər arxivi

SOCAR AQŞ ilə Banqladeşin BAPEX Şirkəti arasında Anlaşma Memorandumu imzalandı

SOCAR-AQŞ BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderin qalibi olmuşdur və Banqladeş ərazisində 2 kəşfiyyat və 1 qiymətləndirmə quyusu qazacaqdır
Banqladeş Hökumətinin Qanunvericilik və Parlament Məsələləri Bölməsinin Baş katibi cənab Muhəmməd Şahidul Haq və Enerji və Mineral Ehtiyatlar Bölməsinin Katibi cənab Nazimuddinin Choudurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində SOCAR AQŞ şirkətinin baş direktoru Ramin İsayevlə görüşmüşlər. Görüşdə SOCAR AQŞ və Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkəti (BAPEX) arasında Banqladeş Xalq Respublikasının yeni neft-qaz layihələrində birgə iştirak üzrə Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumu Baş direktorun Əməliyyatlar üzrə müavini Eldar Yaradanquliyev və BAPEX şirkətinin Baş meneceri İslam Muhəmməd Novşad imzalamışlar.

Qeyd edək ki, SOCAR AQŞ daha əvvəl BAPEX şirkətinin elan etdiyi beynəlxalq tenderdə qalib gələrək, Banqladeş Xalq Respublikasının‘’Semutang-Cənub-1’’, ‘’Begumganj-4’’ və ‘’Madarganj-1’’ qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini yerinə yetirəcəkdir. İki quyu kəşfiyyat, bir quyu isə qiymətləndirmə məqsədi ilə quruda qazılacaq.

TAM XƏBƏR ətraflı oxu

İntihar hadisəsi baş verib

Fevralın 16-da saat 11 radələrində “Neftqazelmitədqiqatlayihə” İnstitutunda intihar hadisəsi baş vermişdir.
İntitutun əməkdaşı Əli Süleymanov özünü iş yerinin 8-ci mərtəbəsindən ataraq intihar edib. 1969-cu il təvəllüdlü Əli Süleymanov 1991-ci ildən Memarlıq və İnşaat Universitetini bitirdikdən sonra İnstitutun Sanitar texniki işlər şöbəsinin baş mühəndisi vəzfəsində işləyib.

İş yoldaşlarının dediyinə görə, anası rəhmətə getdikdən sonra Əli Süleymanov depresiyadan əziyyət çəkib və müalicə olunurdu.

Hadisə ilə bağlı araşdırma aparılır. SOCAR kollektivi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.

TAM XƏBƏR ətraflı oxu

Cənub Qaz Dəhlizinə birləşdiriləcək əlavə boru kəmərlərinin layihələndirilməsi ilə bağlı sənədlər imzalandı

SOCAR Albaniyada ilkin mühəndislik dizayn xidmətləri göstərəcək. Cənub Qaz Dəhlizinə birləşdiriləcək İonik-Adriatik Boru Kəmərinin (İAP) layihələndirilməsi üçün yeni şirkətin təsis olunması barədə razılıq əldə olundu.
Bakıda, Heydər Əliyev Mərkəzində SOCAR ilə Albaniyanın Albgaz şirkəti, habelə Monteneqro, Xorvatiya və Albaniyanın qazpaylayıcı şirkətləri arasında Cənub Qaz Dəhlizinə birləşdiriləcək yeni boru kəmərlərinin layihələndirilməsi ilə bağlı iki sənəd imzalanmışdır. Sənədlərin imzalanma mərasimi Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı zamanı keçirildi.

Cənub Qaz Dəhlizindən təbii qazın Albaniya ərazisində paylanması üçün Albaniyanın Fier-Vlora şəhərləri arasında planlaşdırılan yeni boru kəmərinin İlkin Detallı Layihələndirilməsi (FEED) “SOCAR Balkan” şirkəti tərəfindən həyata keçiriləcək. Bununla da SOCAR, ilk dəfə olaraq, Balkan ölkələrində mühəndislik xidmətlərini icra edəcək. Fier və Vlora şəhərləri arasında planlaşdırılan boru kəmərinin layihələndirilməsinə dair niyyət məktubunu “SOCAR Balkan” şirkətinin icraçı direktoru, SOCAR prezidentinin müşaviri Murad Heydərov və Albgaz şirkətinin icraçı direktoru Gençi Gyeçi imzalamışlar.

TAM XƏBƏR ətraflı oxu

Azərbaycan Dövlət Neft Şirkətinə baxış

SOCAR-ı kəşf et

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı…

ətraflı oxu

Beynəlxalq reytinq

Beynəlxalq aləmdə investorlar və kredit təşkilatları hər hansı bir şirkətlə əməkdaşlıq etmək istədikdə ilk öncə sözü gedən şirkətin beynəlxalq reytinqini nəzərdən keçirirlər

ətraflı oxu