You need to upgrade your Flash Player or to allow javascript to enable Website menu.
Get Flash Player
n

Bakı şəhərində Neft muzeyinin yaradılması
ilə əlaqədar  “Neft Muzeyi-Layihə Qrupu”nun təşkil olunması haqqında

“Bakı şəhərində Neft muzeyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 fevral tarixli 2653 nömrəli Sərəncamı xalqımızın ümummilli lideri Heydər Əliyevin neft strategiyası ilə yeni intibah dövrünə qədəm qoyan, qədim tarixə malik Azərbaycanın neft sənayesinə, Azərbaycan neftçilərinin fədakar əməyinə ölkə başçısının göstərdiyi daimi qayğı və verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2-ci bəndindən irəli gələn məsələlərin icrasını təmin etmək məqsədi  ilə

əmr edirəm:

Bakı şəhərində Neft muzeyinin yaradılması ilə əlaqədar təxirəsalınmaz və zəruri təşkilati-texniki tədbirləri təmin etmək üçün ARDNŞ-nin Prezidenti yanında ictimai əsaslarla  fəaliyyət göstərən  və ona  birbaşa  hesabat  verən struktur bölməsi kimi “Neft Muzeyi-Layihə Qrupu” yaradılsın.

“Neft Muzeyi-Layihə Qrupu”nun aşağıdakı razılaşdırılmış tərkibi təsdiq edilsin:

Xalik Rəfi oğlu Məmmədov               
Muxtar  Bahadur oğlu Babayev           
Rəhman Əliskəndər oğlu Qurbanov   
Mehman Qulu oğlu Əkbərov           
Zahid İsa oğlu İsayev                     
Eldar Ağaverdi oğlu Orucov           
Nazim Aslan oğlu Vəliyev               
Rafiq Qəzənfər oğlu Abdullayev     

Cəlil Qafar oğlu Hüseynov            
Cəbi Əmirvar oğlu Bəhrəmov        
Azadə Cəlil qızı Hüseynova            
Fəridə Məmməd qızı Şəmsi            

- ARDNŞ-nın vitse-prezidenti, sədr ;
- ARDNŞ-nın  vitse- prezidenti, üzv; 
- ARDNŞ-nın Neft və Qaz  İdarəsinin rəisi, üzv;

- ARDNŞ-nın Təchizat İdarəsinin rəisi, üzv;
- ARDNŞ-nın İqtisadiyyat və Uçot İdarəsinin rəisi, üzv;
- ARDNŞ-nın Hüquq İdarəsinin rəisi, üzv;
- ARDNŞ-nın Elm və Texnika şöbəsinin  rəisi, üzv;
- ARDNŞ-nın Muzey işinin təşkili şöbəsinin mühəndisi (katib);

- Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, üzv;
- AMEA-nın Tarix İnstitutunun   direktor müavini, üzv;
- AR Mədəniyyət və Turizm nazirliyinin  Muzey işi sektorunun  müdiri, üzv;
- Azərbaycan İstiqlal Muzeyinin direktoru, üzv;

 Layihə qrupuna  (X.Məmmədov) tapşırılsın ki:

- Neft  muzeyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək  təkliflərin layihəsi hazırlansın və müvafiq qaydada  təqdim  edilsin;

- Neft    muzeyinin   yaradılması   ilə    əlaqədar   Tədbirlər   Planı  və   Layihə  Qrupunun Əsasnaməsinin layihəsi  20 gün müddətində hazırlanıb ARDNŞ-nın  Prezidentinə  təqdim edilsin.

- Qüvvədə   olan  qanunvericiliyə,  şirkətin   daxili   normativ    sənədlərinə    və  müvafiq qaydada  təsdiq  olunacaq  Layihə  qrupunun  Əsasnaməsinə  uyğun  olaraq  işini  təşkil etsin.

- Tədbirlər  Planı  ilə nəzərdə  tutulmuş  işlərin, o cümlədən bu sahədə fəaliyyət göstərən aparıcı  şirkətlərin  məsləhətçi  xidmətlərinin  cəlb  edilməsi  məqsədi   ilə   Satınalmalar haqqında qanunvericiliyin  tələblərinə müvafiq  olaraq  satınalma  prosedurlarının  yerinə yetirilməsi üçün tədbirlər görsün.    

Layihə qrupunun  işində iştirak etmək üçün xüsusi  bilik tələb olunduğu hallarda kənar ekspertlərin,  mütəxəssislərin  və  ya məsləhətçilərin mülki hüquqi müqavilələr əsasında cəlb  edilməsi,  eləcə  də  istehsalçı  şirkətlərin   qabaqcıl   iş   təcrübəsinin   öyrənilməsi istiqamətində təkliflərini  ARDNŞ-nın rəhbərliyinə təqdim etsin.

- Tədbirlər Planı və bu  əmrdən irəli gələn  digər məsələləri  yerinə yetirsin.            

4. ARDNŞ-nın aidiyyatı struktur bölmələrinin rəhbərlərinə tapşırılsın ki,  “Neft Muzeyi-Layihə Qrupu”nun normal fəaliyyətini təmin etmək  üçün tələb olunan məlumatların,   sənədlərin, texniki vəsaitlərin və eksponat mahiyyəti daşıyan digər materialların təqdim edilməsi üçün səlahiyyətləri daxilində zəruri tədbirlər görsünlər.

5. ARDNŞ-nın xaricdə olan nümayəndəliklərinə tapşırılsın ki, Neft muzeyi üçün fəaliyyət göstərdikləri dövlətlərdə bu sahədə olan məlumatların mütəmadi olaraq toplanılıb şirkətə göndərilməsini təmin etsinlər. 

Prezident     Rövnəq Abdullayev




ARDNŞ-nin 03 mart 2008-ci il tarixli 35 nömrəli əmrinə dəyişiklik

edilməsi barədə

“Baki  şəhərində  Neft muzeyinin yaradılması ilə əlaqədar “Neft muzeyi-Layihə qrupu”-nun təşkil olunması haqqında” ARDNŞ-nin 03 mart 2008-ci il tarixli 35 nömrəli əmri ilə yaradılmış Layihə qrupunun tərkibinə müvafiq dəyişikliyin aparılması məqsədilə
əmr edirəm:

   1. ARDNŞ-nin 03 mart 2008-ci il tarixli 35 nömrəli əmrinin 2-ci bəndinə ARDNŞ-nin aşağıdakı əməkdaşları daxil edilsin:

   - Ağasəf Dünyamalı oğlu Əliyev   - Kapital qoyuluşları İdarəsinin rəisi;

   - İlqar  İmran oğlu Əliyev   - Muzey işinin təşkili şöbəsinin rəisi, katib.

 

   2. Layihə qrupunun tərkibindən çıxarılsın:

    - Rafiq Qəzənfər oğlu Abdullayev - Muzey işinin təşkili şöbəsinin mühəndisi, katib. 

Prezident      Rövnəq Abdullayev

 

.n