ARDNŞ-nin Baş ofisində “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilmişdir. İştirakçıları səmimi salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev artıq ənənəvi bir tədbirə çevrilmiş Beynəlxalq Bakı olimpiadasının bu il Azərbaycanda “Ekologiya ili” çərçivəsində keçirildiyini bildirmiş, tədbirin məqsəd və məramından ətraflı söz açmışdır. O, son dövrdə Azərbaycan neft sənayesinin yeni yüksəliş dövrü keçirdiyini, bu prosesdə ətraf mühitin mühafizəsinin gücləndirilməsinin xüsusi aktuallıq kəsb etdiyini vurğulamışdır. R. Abdullayev demişdir: ““İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasının keçirilməsində başlıca məqsədimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”na uyğun olaraq, gənc nəsli ekoloji problemlər haqda məlumatlandırmaqdan, onlarda ətraf mühitə həssas münasibət formalaşdırmaqdan, məktəblilərə təbii, mədəni, tarixi və sosial-estetik dəyərlərin qorunması ruhunu aşılamaqdan ibarətdir”. Görüşdə ARDNŞ-nin ölkədə ekoloji tarazlığın bərpa olunması istiqamətində apardığı genişmiqyaslı tədbirlərdən ətraflı danışılmış, qeyd olunmuşdur ki, Şirkət Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərində intensiv təmizləmə və yaşıllaşdırma işləri həyata keçirir. ARDNŞ-nin orta məktəb şagirdlərində neftçi peşəsinə həvəs oyatmaq istiqamətində apardığı işlər, xüsusilə kadr hazırlığı sahəsində həyata keçirdiyi Təqaüd Proqramları haqqında verilən məlumatlar iştirakçıların marağına səbəb olmuşdur. Olimpiadanın təşkilatçılarından olan “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Enver Özeren çıxış edərək son illər ARDNŞ-nin maliyyələşdirdiyi bu tədbirin istər ölkə daxilində, istərsə də xaricdə böyük əks-səda doğurduğunu qeyd etmiş, bildirmişdir ki, Olimpiadada iştirak etmək istəyən azərbaycanlı və xarici ölkə məktəblilərinin sayı ilbəil artır. “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi I Beynəlxalq Layihə Olimpiadası 2007-ci ildə keçirilmiş, burada 17 ölkənin məktəbliləri iştirak etmişlər. 2008-ci ildə baş tutmuş II olimpiadada 30, 2009-cu ildə keçirilmiş III olimpiadada isə 31 ölkənin (o cümlədən, ABŞ, Braziliya, Türkiyə, Rusiya, Hindistan, Pakistan, Nigeriya, Slovakiya, Gürcüstan, Tacikistan, Ukrayna, Tayvan və s.) təmsilçiləri iştirak etmişlər. E. Özərən qeyd etmişdir ki, Azərbaycanın qabaqcıl məktəblərinin şagirdləri bütün olimpiadalarda uğurla çıxış edərək, birinci olimpiadada 4 qızıl, 4 gümüş, 4 bürünc, ikinci və üçüncü olimpiadalarda 4 qızıl, 8 gümüş, 12 bürünc medal qazanmışlar: “Bu il “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasına 33 ölkənin məktəbli komandaları tərəfindən internet vasitəsi ilə 300-dən çox layihə təqdim edilmiş, onlardan 97-si yarışmaya qəbul olunmuşdur. Həmin layihələrin 45-i Azərbaycanın müxtəlif regionlarını təmsil edən şagirdlər tərəfindən hazırlanmışdır”. Daha sonra Olimpiadada iştirak etmək üçün müxtəlif ölkələrdən Bakıya gəlmiş məktəblilər səmimi görüş üçün ARDNŞ rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, Azərbaycanla tanışlıqdan aldıqları xoş təəssüratdan danışmış, olimpiadaya təqdim etdikləri layihələrdən bəhs etmişlər. Sonda hər il olduğu kimi, Olimpiada iştirakçılarına ARDNŞ-nin hədiyyələri təqdim olunmuş, Şirkətin prezidenti R. Abdullayev onlarla xatirə şəkilləri çəkdirmişdir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Səhifə:[1] [2] |
|||