Geofizika və geologiya İdarəsinin müəssisə və
təşkilatları ilə Respublikamızda və xaricdə
fəaliyyət göstərən müvafiq profilli şirkətlərin
əməkdaşlığı son vaxtlar daha da genişlənmişdir. Belə
ki, bu yaxınlarda “Absheron Operating Company LTD”
Əməliyyat Şirkətinin sifarişi əsasında
Kəşfiyyatgeofizika idarəsi və Rusiya Federasiyasının
“İnteqra-Geofizika” şirkəti tərəfindən Hövsan-Zığ
və onunla həmtəmas “quru-dəniz” keçid zonalarında
müştərək yerinə yetirilən 3D seysmik kəşfiyyat
işləri uğurla başa çatdırılmışdır. Sıx yaşayış
məntəqələri, kommunikasiya xətləri və mürəkkəb
yerüstu relyefi ilə səciyyələnən tədqiqat
sahələrində işlər ətraf mühitin qorunması, əməyin
mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına
tam riayət olunmaqla aparılmışdır. Müasir texnika
və texnolojiyaların tətbiqi tədqiqat sahəsində 6-8km
dərinliyə qədər informasiya almağa imkan verir.
Alınmış materialların emal və interpretasiyası
nəticəsində tədqiqat sahələrinin geoloji quruluşu
dəqiqləşdiriləcək, müxtəlif horizontlar üzrə
karbohidrogenlərin yayılma arealı
müəyyənləşdiriləcək və gələcəkdə aparılacaq qazıma
işlərinin istiqamətləri dəqiqləşdiriləcəkdir. Bu
qəbildən olan işlərin gələcəkdə də digər
“quru-dəniz” keçid zonalarında yerinə yetirilməsi
nəzərdə tutulur.