|
23.08.2010-cu il tarixindən 25.08.2010-cu il
tarixinədək “8 Mart” yatağındakı 731 №li və
“Bulla-Dəniz” yatağındakı 89 №li quyularında
yerləşən Quyuların qazılmasına nəzarət və layların
sınağı ekspedisiyasında (QQNLSE) qazma quyularında
baş verən prosseslərə “RT-Leuza” Uzaqdan Nəzarət
proqarmı quraşdırılmış və nəzarət emək üçün GGİ
tərəfindən mobil modem texnologiyasından istifadə
edərək Kompleks Qazma İşləri Trestinə informasiyanın
ötürülməsi üçün bütün lazımi tədbirlər həyata
keçirilmişdir.
Daha sonra Kompleks Qazma İşləri Trestinin baş
ofisi ilə “8 Mart” yatağındakı 731 №li və
“Bulla-Dəniz” yatağındakı 89 №li quyularında
QGTNLSE-da yerləşən kompüterlər arasında quyularda
gedən prosesləri birbaşa izləmək üçün monitorinq
sistemi yaradılmışdır. Hal-hazırda
KQİT-nin mütəxəsisləri qazma quyularında baş
verən prosseslərə “RT-Leuza” Uzaqdan Nəzarət
proqarmı vasitəsi ilə həm fərdi kompüterlərindən,
həm də icals otağında yerləşdirilmiş böyük LCD
monitorlarından real zamanda izləyə bilirlər.

Bundan əlavə Qaradağ rayonunda yerləşən SAHİL QAZMA
İdarəsi üçün də real zamanda uzaqdan nəzarət etmə
sistemi quraşdırılmışdır. Ümumilikdə KQİT-də hala
hazırda Ümid yatağındakı 8 №li, “8 Mart” yatağındakı
731 №li və “Bulla-Dəniz” yatağındakı 89 №li
quyulara nəzarət olunur. Yaradılmış sistem GGİ-nin
mütəxəsisləri tərəfindən daim nəzarətdə saxlanılır.
|