az / en

 

 

 

 

 

 

 

       GEOFİZİKA  VƏ  GEOLOGİYA  İDARƏSİ

 

      

       Ünvan: Azərbaycan, Bakı

       AZ 1033, H. Əliyev pr 83A

       Tel. : (994 12) 566 64 88

       Fax : (994 12) 514 12 71

       E-mail: office.ggi@socar.az

 

 

  Son xəbərlər

 

 

Geofizika və geologiya İdarəsi ilə Latviya Respublikasının “Morinjgeologiya” SC arasında bağlanmış müqaviləyə əsasən Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsi (KGKTİ)   avqust  ayı ərzində “Z.Vəliyev” qazma gəmisi ilə  Xəzər dənizinin Rusiya sektorunun   Sarmatski sahəsində 466 m mühəndisi-geoloji qazma işləri aparmışdır.  Hazırda  Sarmatski  sahəsində işlər davam etdirilir.

İlin əvvəlindən Xərə-Zirə, Bulla-dəniz, Babək, Ağburun-dəniz, Qərbi Abşeron, Neft Daşları, Günəşli, Dənizkənarı bulvar sahələrində 3172 m mühəndisi-geoloji qazma işləri, o cümlədən Qoşadaş-Ağburun sahəsində  1230,5 km seysmoakustik profilləmə, 1280 km sonar planalma,  1089,5 km  batimetriya (dərinlik ölçü), Babək sahəsində 662 km batimetriya və 628 km sonar planalma  işləri aparılmışdır.  Qeyd olunan işlər müxtəlif təşkilatlarla bağlanmış müqavilələr əsasında Ələt-dəniz, Səngəçal-dəniz, Neft Daşları, Günəşli,  Darvin bankası, Palçıq pilpiləsi və digər sahələrdə də görülmüşdür. Göstərilən işlər “Z.Vəliyev”, “Ə.Əmirov” “M.Süleymanov”, “Geofizik-2” və “Orion-7” gəmillərilə yerinə yetirilmişdir.

          Mühəndisi-geoloji işlərin aparılmasında məqsəd hidrotexniki qurğuların (dəniz stasionar platforması, üzən qazma qurğusü və s.) quraşdırılacağı sahələrdə dənizdibi relyefin və eləcə də kəsilişin üst hissəsini təşkil edən süxurların kompleks şəkildə öyrənilməsindən və nəticə olaraq hidrotexniki qurğuların tikilməsi üçün münasib sahələrin seçilməsindən ibarətdir.

 

 

 

© 2007  Geophysics and Geology Department . All rights reserved. Design by Akhmedzadeh E.M.