az / en

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

       GEOFİZİKA  VƏ  GEOLOGİYA  İDARƏSİ

 

      

       Ünvan: Azərbaycan, Bakı

       AZ 1033, H. Əliyev pr 83A

       Tel. : (994 12) 566 64 88

       Fax : (994 12) 514 12 71

       E-mail: office.ggi@socar.az

 

 

  Son xəbərlər

 

 

      ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin Geofizika Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və ARDNŞ-nin Əməyin mühafizəsi və təhlükəsizliyi şöbəsi ilə razılaşdırılmış və ARDNŞ-nin rəhbərliyi tərəfindən təsdiq olunmuş “Neft və qaz quyularında geofiziki işlər aparılarkən əməyin təhlükəsizliyi Qaydaları” adlı kitab çap olunmuşdur.

        Geofiziki tədqiqat işlərinin texnoloji iş prosesinə görə ən təhlükəli fəaliyyət novü kimi tanındığını nəzərə alaraq bu əməliyyatlar sahəsində ən yüksək səviyyəli əməyin mühafizəsi və texniki təhlükəsizlik standartlarının tətbiqi tələb olunur. Belə ki, əməliyyatlar sahəsində işçilər tərəfindən tələb olunan əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına düzgün riayət olunmadıqda, heç bir müasir texnologiya təhlükəsiz iş rejimini yaratmağa qadir deyildir. Ona görə də müasir standartların tələblərinə cavab verə bilən azərbaycan dilində sənədlərin yenidən işlənməsinə böyük ehtiyac yaranmış və bu məqsədlə Qaydalar hazırlanmışdır.

 

            

 

       Qaydalar neft və qaz quyularında aparılan geofiziki tədqiqat işlərində əməyin təhlükəsizliyi üzrə müəssisədaxili sahələr üzrə əsas rəhbər sənəd olaraq aidiyyatı üzrə fəaliyyət göstərən idarə və müəssisələrdə tətbiq olunması üçün nəzərdə tutulmuşdur.

 

 

 

© 2007  Geophysics and Geology Department . All rights reserved. Design by Akhmedzadeh E.M.