| |
25 iyun 2010-cu il tarixdən Geofizika və geologiya
İdarəsinin Kəşfiyyatgeofizika idarəsi tərəfindən
“Azneft” İB-nin sifarişi əsasında Bahar qalxımının
cənub-şərq periklinalının (Bahar-2) geoloji
quruluşunun dəqiqləşdirilməsi, sahənin üçölçülü
modelinin tərtib edilməsi, çöküntülərin neftlilik-qazlılığının
proqnozlaşdırılması məqsədilə 3D seysmik kəşfiyyat
işlərinə başlanılmışdır. Seysmik işlər 1000
kanallı “Scorpion” tiplı seysmik stansiya, dənizdibi
hörük və ona aid avadanlıqlarla, ”Bakı”,
“Geofizik-1” və “Geofizik-3” elmi-texniki gəmiləri
vasıtəsilə aparılır. Uzun fasılədən sonra Azərbaycan
geofizikləri tərəfindən dənizdə seysmik tədqiqatlara
başlanılması və ilk dəfə dənizdibi hörüyün tətbiqi
ilə yerinə yetirilən işlər nəticəsində alınmış ilkin
məlumatların keyfiyyəti qənaətbəxşdir. Gələcəkdə bu
qəbildən olan seysmik işlərin Xəzər dənizinin digər
şelf zonalarında: Ələt-dəniz, Bulla-dəniz,
Ağburun-Qoşadaş və s. sahələrdə yerinə yetirilməsi
planlaşdırılır.
|
|